Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mingəçevirdə icra başçısı ilə bağlı ağır ittihamlar:Şəhərdə narazılıq böyüyür

Mingəçevirin icra başçısından qeyri-etik hərəkət
Mingəçevir şəhərində icra hakimiyyəti ilə bağlı narazılıqların artması fonunda İlhami İsmayılovun fəaliyyətinə dair irəli sürülən ittihamlar yerli ictimai müzakirələri daha da gücləndirib.
Yenixeber.org: Redaksiyamıza daxil olan məlumatlara görə, sakinlər Mövcud rəhbərliyin vəzifədən azad edilməsinin regionun inkişafı üçün vacib olduğunu bildirirlər.
Məlumatlarda qeyd olunur ki, Mingəçevirdə bir sıra qəzalı binaların aşağı mərtəbələri qeyri-yaşayış sahəsinə çevrilib və bunun İsmayılovun yaxın çevrəsinin iştirakı ilə həyata keçirildiyi iddia edilir. Şəhərin yaşıllıq fonduna ziyan vurulması, o cümlədən qırmızı kitaba düşən ağacların kəsilməsi də narazılığın əsas səbəbləri sırasındadır. Yaşıllığın yerində müxtəlif obyektlərin tikdirilməsi şəhər sakinləri tərəfindən ciddi etirazla qarşılanır və bu addımların icra başçısının “xeyir-duası” ilə həyata keçirildiyi bildirilir.
Şəhərin ekoloji durumunun pisləşməsi, ağacların məhv edilməsi və baxımsızlıq Mingəçevirə “ekoloji kabus” yaşatdığı kimi qiymətləndirilir. Sakinlər bildirirlər ki, İlhami İsmayılov sabiq nəqliyyat naziri Ziya Məmmədovun icra hakimiyyəti sistemindəki “son adamı” kimi tanınır və həmin dairələrin dəstəyi ilə vəzifəyə gətirilib. Məlumata görə, İsmayılov əvvəllər Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Aran Regional İnkişaf Şöbəsinin müdiri, daha sonra isə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
Ziya Məmmədovun hakimiyyət strukturlarından uzaqlaşdırılmasından sonra isə İsmayılov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin “xeyir-duası” ilə icra başçısı postuna təyin edilib. Məlumatlarda həmçinin bildirilir ki, deputat Aydın Mirzəzadənin də bu təyinatda xüsusi rolu olub və bu səbəbdən son iki parlament seçkisində icra başçısının deputatın siyasi yolunun “təmizlənməsi” üçün ciddi canfəşanlıq göstərdiyi iddia edilir.
Bu məlumatlar ictimaiyyət arasında geniş rezonans yaratmaqda davam edir və Mingəçevir sakinləri baş verənlərlə bağlı rəsmi qurumlardan izahat gözləyirlər.
Qeyd edək ki, məlumatın mənbəyi Yeniçağ.az saytıdır.

Yazıdakı iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam