Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qobuda 11 nömrəli bağçada körpələr ac qalır… –Valideynlərdən ərzaq tələb olunur?

Qobu qəsəbəsində yerləşən 11 körpələr evi–uşaq bağçasının müdiri Nəcəfova Kəmalə Faiq qızı ilə bağlı valideynlər tərəfindən ciddi korrupsiya və laqeydlik iddiaları irəli sürülüb.

media-911
Yenixeber.org: Mətbuata daxil olan məlumatlara görə, bağçaya dövlət tərəfindən ayrılan ərzaq məhsulları müntəzəm olaraq mənimsənilir. Şikayətçilərin bildirdiyinə görə, Kəmalə Nəcəfova adıçəkilən ərzaqları şəxsi avtomobilinə yığaraq satış məqsədilə Bakıda yerləşən bazarlara aparır.

Nəticədə, gündəlik uşaqların qidalanması üçün nəzərdə tutulan məhsullar azaldığından, bir çox hallarda körpələr ac qalır. Bəzi valideynlər isə övladlarının aclıq çəkməməsi üçün əlavə olaraq öz vəsaitləri hesabına ərzaq yardımı etməyə məcbur qalırlar.

Valideynlərin dediyinə görə, bu hal yeni deyil və uzun müddətdir davam edir. Aidiyyəti qurumların bu iddialara reaksiya verməməsi isə narazılığı daha da artırır. Qobu sakinləri və şikayətçi valideynlər Abşeron–Xızı Regional Təhsil İdarəsindən bağçada təcili yoxlamalar aparılmasını, ərzaq təchizatı və istifadəsinə dair hesabatların təqdim olunmasını tələb edirlər.

Qeyd edək ki, sözügedən iddialarla bağlı Kəmalə Nəcəfovanın və Abşeron–Xızı Regional Təhsil İdarəsinin də mövqeyini dərc etməyə hazırıq.(Bakunews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam