Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

QƏZAN mübarəkdir, QAZAN mübarək, QARABAĞ QAZİSİ! -Baş günün, baş bayramın qutlu olsun! (Qazamata məktub)

"Qarabağ zəfəri" -  "Bir rəsmin dedikləri"

Bu gün hamı kimi Qarabağ qazilərinin ən başda olan günüdür.  Düz 28 il yarıma bu günə çatdıq. 28 il yarımı 44 günə qət etdi qazilərimiz. Bir ili gün yarıma-36 saata gedilən şanlı BAYRAQ, ZƏFƏR YOLUNDA üç min civarında qazimiz şəhid oldu. Torpaqları nurla dolsun!

Yenixeber.org: Ağlımıza gəlməyənlər də başımıza gəlir. Baştacı qazilərimizdən Qarabağda, Şuşada, ... ucaltdıqları Azərbaycan Bayrağının kölgəsindəki qazamatla ödüllənənlər , “haqqına kölgə düşənlərdə var. Ürəyim onların yanındadır, sözüm onlaradır. (Şair Sabir Sarvan demiş, haqqa harda kölgə düşsə, mənim ürəyim ordadır.)

Necəsən, Qarabağ qazisi? Bu gündən azadlıq payını, azadlıq havasını aldınmı? 80 manatlıq qanhaqqını, pensiyanı, təqaüdünü ala bildinmi, yoxsa “qrafiki gözləyirsən”? Bəs “nəfəslik haqqı”nda güzəşt” necə? Heç olmasa, bu gün nəfəsliyi 8 dəqiqə bol etmədilər ki? Heç olmasa, bu gün 8 dəqiqə həyətdə gəzintiyə növbədənkənar çıxardılarmı? Heç olmasa, bu gün “əziz qazi, sən azadsan” bir yana, “əziz qazi, qəzan mübarəkdir, qazan mübarək” eşitdinmi? Eşitmədinsə, eşit, əziz qazi, qəzan, qazan mübarək olsun!

Məni tanıdınmı? Mənəm də 28 il yarım qabaq papağını atıb-itirib, başını götürüb qaçan! Neyləyim, ya başımı itirməliydim, ya başımdakını. Düz 28 il yarım papağım Qarabağda ayaqlar altında qaldı. Nə yaxşı varsanmış, Vətən yolunda savaşa çıxdın, qəzaya uğradın, qazandın, papağımı, başımı qaldırdın. Başın sağ olsun, papağın hər çağ başında olsun!

Qəzan mübarəkdir, qazan mübarək, Qarabağ qazisi! Baş günün, baş bayramı  qutlu olsun!

Məğrur Bədəlsoy


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam