Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakının memarlıq abidələri əldən gedir… “Bu məmurlar şəhəri bölüşdürüb satır” –Memar

Bakının memarlıq abidələri əldən gedir… “Bu məmurlar şəhəri bölüşdürüb satır” – Memar

Artıq Şəhərsalma və Memarlıq üzrə Dövlət Komitəsindəki korrupsiya haqqında yazmaq gülünc görünür. Ondan geri qalmayan da Mədəniyyət Nazirliyidir.
Yenixeber.org: Bir diqqət edin, şəhərin düz mərkəzində, akademik Ə.K.Əlizadə və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində (əvvəllər geniş olan küçədən indi yalnız restoranlar arasında dar bir keçid qalıb) daha bir eybəcər restoran tikilir. Kim verib bu dövlət tərəfindən qorunan memarlıq abidəsinə qarşı edilən bu kobud «əlavəyə» icazəni?.

Tribunainfo.az xəbər verir ki, bu problemi sosial media hesabında memar Elçin Əliyev ictimailəşdirib. Memar qeyd edib ki, Bakının taleyini bu gün qərar vermək hüququ əldə etmiş vicdansız insanlar müəyyən edir:

“Başqalarının sevgi ilə yaratdığı şəhəri satırlar, ictimai məkanları bölüşdürür, tarixi memarlığı məhv edir, oğurlayırlar — sonra isə «qaqa» kimi gəzib etdiklərindən zövq alırlar. Utanmadan camaat içinə çıxır, şəhərsalma forumlarına, qəbullara, təqdimatlara, konsertlərə gedirlər.

Amma mətbuata və televiziyaya qulaq assanız, hər şey guya qaydasındadır: restoranlar yağışdan sonra göbələk kimi artır, xalq kef edir, memarlıq isə məhv edilir. Şəhər artıq məmurlar üçün ev yox, açıq səma altında bir bufetə çevrilib. Əsas odur ki, mətbəx zəngin olsun, vicdan isə — bu gün pəhrizdədir. Ölkədə hər şey talanır, israf olunur, yeyilib tükənir”.

Məlum məsələdir ki, tikiliyə icazə verilib. Lakin kimin, hansı dövlət qurumunun icazə verdiyi məlum deyil. Bunu öyrənmək məqsədilə aidiyyəti dövlət qurumlarıyla əlaqə saxlamağa çalışdıq. Lakin cəlhdlərimiz baş tutmadı. Memarın qaldırdığı məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının açıqlamasını dərc etməyə hazırıq.

Qeyd edək ki, E.Əliyev memarlıq abidəsinin qarşısında kobud şəkildə inşa edilmiş yeni tikilinin fotolarını da paylaşıb. Şəkilləri təqdim edirik.(tribunainfo.az)

Gülşən Rəsul


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam