Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

“Biz Bizə” restoranında müştərilərdən “card to card” hesab alınır?-FOTO

 

Nizami rayonu, Qara-Qarayev prospektində yerləşən “Biz Bizə” restoranı şəbəkəsi ilə bağlı sosial şəbəkələrdə narazılıq paylaşılıb.
Yenixeber.org: Məlumata görə, müştəri iddia edir ki, səhər yeməyi zamanı təqdim olunan göyərtilər yuyulmamış vəziyyətdə olub və içərisindən həşərat çıxıb.
Onun sözlərinə görə, məsələni ofisianta bildirsə də, boşqabı götürüb heç bir izahat və üzr verilməyib:
“Göyərtilər yuyulsa yaxşı olar” dedim, amma sadəcə götürdülər və bir də qayıtmadılar.
Şikayətçi həmçinin ödəniş sistemi ilə bağlı ciddi problem yaşadığını vurğulayıb. Restoranda hesabı ödəmək istəsə də, əvvəlcə terminalların “şarjda olduğu” deyilərək gözləməsi istənilib. Daha sonra isə administrator terminal olmadığını bildirərək kartdan-karta köçürmə tələb edib:
“O boyda restoran şəbəkəsində necə terminal olmur, kartdan-karta ödəmə istəyirlər – anlamıram.”
Müştərinin paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.(32gun.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam