Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Beer Home Pub” restoranında müştərilərin sağlamlığı risk altında-TƏFSİLAT

media-beer

Xırdalan şəhərində fəaliyyət göstərən “Beer Home Pub” restoranında dəhşətli mənzərə ortaya çıxıb. 

Yenixeber.org: Araşdırma zamanı məlum olub ki, müəssisənin mətbəxində sanitar-gigiyenik qaydaların kobud şəkildə pozulması adi hala çevrilib. Əldə olunan kadrlarda açıq-aşkar görünür ki, ət məhsullarının görüntüsü olduqca iyrəncdir və bu, həmin məhsulların istifadəyə yararsız olmasından xəbər verir.

Daha da qorxunc məqam ondan ibarətdir ki, restoranın mətbəxini siçanlar basıb. Hətta pişiklərin belə mətbəxdə dolaşaraq siçanlarla “qol-boyun” gəzdiyi müşahidə olunur. Belə təsir bağışlayır ki, məşhur “Tom and Jerry” cizgi filminin ssenariləri məhz bu mətbəxdəki real vəziyyətdən ilhamlanaraq çəkilib. Bu isə müəssisədə qida təhlükəsizliyi qaydalarının tamamilə unudulduğunu göstərir. Toyuq və digər məhsulların saxlanma şəraiti biabırçı vəziyyətdədir, yeməklərin hazırlanması prosesi isə insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

Bütün bunlara baxmayaraq, “Beer Home Pub” restoranı sosial şəbəkə hesablarında özünü yüksək keyfiyyətli xidmət göstərən, nümunəvi bir məkan kimi təqdim edir. Rəngarəng reklam çarxları və cəlbedici paylaşımlar isə reallığı gizlətməkdən başqa bir məqsədə xidmət etmir. Reklam materialları ilə faktiki vəziyyət arasındakı kəskin ziddiyyət, istehlakçıların aldadıldığını bir daha sübut edir.

Mövcud vəziyyət yalnız müştərilərin hüquqlarının pozulması deyil, həm də onların sağlamlığının ciddi risk altına atılması deməkdir. Belə bir məkanda hazırlanmış yeməklərin kütləvi zəhərlənmələrə yol aça biləcəyi istisna edilmir. Qida təhlükəsizliyi qaydalarının pozulması qanunvericiliklə qadağandır və məsuliyyət doğuran haldır.

Patrulaz.az olaraq aidiyyəti qurumlara müraciət edirik: Xırdalan şəhərində yerləşən “Beer Home Pub” restoranında hökm sürən bu acınacaqlı vəziyyət dərhal araşdırılmalı, müvafiq tədbirlər görülməli və müştərilərin sağlamlığını təhlükəyə atan hallara hüquqi qiymət verilməlidir.(patrulaz.az)

Video Player

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam