Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir -FOTOLAR

nar-usaqlar-ucun-maariflendirici-tedbirlere-destek-verir

Sərfəli xidmətləri ilə tanınan “Nar” “Hüquqlarınla parla!” layihəsinə dəstək oldu. Layihə uşaq hüquqlarını uşaqlara tanıtmaq və onların sağlam inkişafını təmin etmək məqsədilə təşkil olunub.

Yenixeber.org: “Hüquqlarınla parla!” layihəsi çərçivəsində Bakı məktəblərində keçirilən görüşlərdə şagirdlər üçün təhlükəsiz internet mühitinin hüquqi aspektləri, zərərli vərdişlərdən qorunma yolları, sağlam həyat tərzinin önəmi və kibertəhlükəsizlik mövzularında interaktiv təlimlər keçirilib. Sonda təlim iştirakçıları imtahanda iştirak edərək öyrəndikləri bilikləri praktiki şəkildə tətbiq ediblər.

“Korporativ sosial məsuliyyət strategiyamızın təhsil istiqamətinə uyğun olaraq, uşaqların öz hüquqlarını tanımasını və təhlükəsiz mühitdə böyüməsini vacib hesab edirik. Bu təşəbbüs də şagirdlərə cəmiyyətimizin fəal üzvünə çevrilmək üçün zəruri olan bilik və bacarıqları qazandırır”, - deyə “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib.

Qeyd edək ki, “Hüquqlarınla parla!” təşəbbüsü “Nar” və Regional İnkişaf İctimai Birliyinin (RİİB) əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Mobil operator tərəfdaşları ilə birgə təhsildə əlçatanlığı, bərabər imkanların yaradılması və inklüziv cəmiyyət istiqamətlərində davamlı sosial layihələr həyata keçirir. Nar.az saytına daxil olaraq mobil operatorun həyata keçirdiyi sosial layihələr haqqında məlumat ala və əməkdaşlıq üçün müraciət edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam