Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Saxta cərrah Nigar Məhəmmədova xəstələri ölümcül hala salır:"Bədənim çürüyüb, qan gəlir"/VİDEO

"Bədənim çürüyüb, qan gəlir" - Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar  VİDEO
Qaynar xəttinə daxil olan vətəndaş şikayəti əsasında araşdırma aparmışıq.
Yenixeber.org: Fərizə Hacıyevanın dediyinə görə, onu özünü plastik cərrahiyə üzrə mütəxəssis kimi təqdim edən Nigar Məhəmmədova bədən şəkilləndirmə əməliyyatı edib və dərhal sonra bədəni çürüməyə başlayıb.
“Yanvarın 14-də “MedAura” klinikasında bədən şəkilləndirmə əməliyyatı keçirdim. Əməliyyatdan sonra bədənimdə fəsadlar yarandı. Qorxmağa başladım, həkimdən soruşanda yaxşı olacağını dedi”, – şikayətçi söyləyib.
Kanalın çəkiliş qrupu məsələyə aydınlıq gətirmək üçün adıçəkilən həkimin işlədiyi xəstəxanaya yollanıb. Tibb müəssisəsinin baş həkimi açıqlamasında onun artıq burada çalışmadığını bildirib.
Araşdırma zamanı məlum olub ki, Nigar Məhəmmədova hazırda Kliniki Tibbi Mərkəzdə ümumi cərrah kimi çalışır.
Daha sonra Baku TV-nin müxbiri əvvəlcə pasiyent kimi həkimin qəbuluna yazılıb, daha sonra isə Baku TV-nin əməkdaşı kimi xəstəxanaya daxil olub. Amma həkim çəkiliş qrupunu görəndə gizlənərək suallardan yayınıb.
Araşdırma nəticəsində o da məlum olub ki, “MedAura” klinikasında Nigar Məhəmmədovanın əməliyyat etdiyi Günay Məmmədova və daha bir neçə pasientdə də ciddi estetik və sağlamlıq problemləri yaranıb.
Bundan başqa, iddialara görə, həkimin “Mərcan” klinikasında əməliyyat etdiyi Rusiya vətəndaşı Arzu Sadıqova abdominoplastika əməliyyatı zamanı dünyasını dəyişib.
Səhiyyə Nazirliydən verilən məlumatda bildirilib ki, Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi plastik cərrahlar siyahısında Nigar Fazil qızı Məhəmmədovanın adı yoxdur.

Yenixeber.org olaraq qarşı ərəfin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam