Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Ehtiram Quliyevin rəhbəri olduğu “Huner Group”un “SumPark” layihəsində faciə -VİDEO

Ehtiram Quliyevin rəhbəri olduğu “Huner Group”un “SumPark” layihəsində faciə  VİDEO
Tikintidə işləyən fəhlə torpaq altında qalaraq ölüb.
Yenixeber.org: Məlumata görə, hadisə Sumqayıtda, “SumPark” tikinti şirkətinin ərazisində qeydə alınıb.
Məlumata görə, hadisə kanalizasiya xəttinin çəkilişi zamanı baş verib.
Fəhlə, 20 yaşlı Ariz Ağayarov torpaq sürüşməsi nəticəsində yaranan çökmənin altında qalaraq həyatını itirib. Əraziyə xilasedicilər çağırılsa da, artıq gec olub.
Hadisə ilə bağlı şirkətin mövqeyini öyrənmək üçün “SumPark” tikinti şirkətinin ofisinə müraciət etdik. Ofisdən bununla bağlı heç bir məlumat verilmədi. Prokurorluğun məlumatına görə, iyulun 22-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tikinti işləri zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun torpaq uçqununun altında qalaraq ölməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edib.


Qeyd edək ki, Sumqayıt şəhərində “SumPark” yaşayış kompleksini tikintisini “Huner Group” həyata keçirir.

“Huner Group” rəhbəri Ehtiram Quliyevdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam