Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib- FOTOLAR

 

 

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə ölkənin sərfəli mobil operatoru olan “Nar” media nümayəndələri üçün xüsusi tədbir təşkil edib. Tədbirdə müxtəlif media orqanlarını təmsil edən 30 jurnalist iştirak edib. Mobil operator jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək cəmiyyətin məlumatlandırılmasında onların rolunu yüksək qiymətləndirib.


Yenixeber.org: Tədbir çərçivəsində jurnalistlər üçün həm əyləncəli proqram, həm də komanda əsaslı intellektual oyunlar təşkil olunub. Yarışların sonunda qalib komandalara müxtəlif dəyərli hədiyyələr təqdim edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporatov ünsiyyət departamentinin direktoru Hökümə Kərimova media nümayəndələrini təbrik edib: “Milli mətbuatın 150 illiyi təkcə medianın deyil, bütövlükdə cəmiyyətin bayramıdır. Bu illər ərzində jurnalistlər daim informasiya körpüsü rolunu oynayıb, ictimaiyyətin etibar etdiyi söz daşıyıcıları olublar. “Nar” olaraq biz medianın cəmiyyətin inkişafında oynadığı rolu yüksək qiymətləndirir, jurnalistlərlə etibarlı və şəffaf əməkdaşlığa xüsusi önəm veririk”. Bundan əlavə, tədbir iştirakçıları – media nümayəndələri də öz növbələrində milli mətbuatın tarixi yolundan bəhs edərək “Nar”ın bu əlamətdar günü onlarla birlikdə qeyd etməsini yüksək dəyərləndirib.


Qeyd edək ki, “Nar” media ilə şəffaf və dayanıqlı münasibətləri əsas tutaraq, uzun illərdir, jurnalistlər üçün əlçatan və operativ məlumat mübadiləsini təşviq edir. Bu tədbir “Nar”ın informasiya sahəsində medianın roluna verdiyi önəmi və bu istiqamətdə davamlı dəstəyini bir daha nümayiş etdirdi. “Nar”ın dəstəyi ilə milli mediamızın inkişafına yönəlmiş sosial layihələr haqqında daha ətraflı məlumatı buradan  əldə edə bilərsiniz.


Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam