Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi –FOTO

zemfira-adsea

 Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Zemfira Hüseynbəyli diqqət mərkəzinə gəlib.

Yenixeber.org: Zemfira Hüseynbəyli bayram tədbirinə bahalı qızıl kolye ilə gəlib. Briliant daş-qaşlarla bəzədilmiş qızıl kolyenin qiymətinin 38 000 manat olduğu iddia edilir.
Şöbə müdirinin belə bahalı kolye taxması tədbir iştirakçılarının diqqətindən yayınmayıb.
Zemfira Hüseynbəyli İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən əvvəl Mədəniyyət Nazirliyinin dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib. O, 2021-ci ildə bu vəzifədən çıxarılıb. 2022-ci ildən isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində şöbə müdiri vəzifəsində çalışmağa başlayıb.
İddia olunur ki, Zemfira Hüseynbəyli bu vəzifəyə Dövlət Su Ehtiyatları Agentliyinin aparat rəhbəri Fuad Quliyevin dəstəyi ilə təyin edilib. Fuad Quliyev sözügedən Agentliyin rəhbəri Zaur Mikayılovun qudasıdır.

Fuad Quliyev aparat rəhbəri təyin olunarkən gündəmə gəlmişdi. Mətbuat Zaur Mikayılovun qudasına yüksək vəzifə verməsini tənqid etmişdi.
İddialara görə, Zemfira Hüseynbəyli Fuad Quliyevin himayəsi nəticəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində güclü fiqura çevrilib və bu səbəbdəndir ki, məmur olmasına baxmayaraq hər kəsin qarşısında bahalı kolye ilə görünməkdən çəkinmir./reportyor.info/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam