Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Sumqayıtda "çörəkçi Tofiq" sahibkarın çörəyini kəsib?: Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...-FOTOFAKT

Sumqayıtda yerləşən çörək zavodunun direktoru Tofiq Hüseynovun rəhbərlik etdiyi Term Mənzil-Tikinti Kooperativi (MTK) ətrafında ciddi qalmaqal yaranıb.

Yenixeber.org: Sahibkar Tağı Tağıyev redaksiyamıza müraciət edərək, Term MTK tərəfindən ona qarşı hüquq pozuntusu və əmlakına zərər vurulması ilə bağlı şikayətini ictimailəşdirib.
Tağı Tağıyev bildirir ki, Tofiq Hüseynovun rəhbərlik etdiyi MTK ilə 3 illik alqı-satqı müqaviləsi əsasında obyektin birinci mərtəbəsini icarəyə götürmüş və artıq iki ildir mütəmadi olaraq icarə haqqını ödəyir. Onun sözlərinə görə, obyektə xeyli vəsait yatırıb, məkan tam şəkildə öz hesabına təmir olunub. Lakin gözlənilmədən MTK tərəfindən müqavilənin pozulduğu və əşyalarının çölə atıldığı bildirilib.
Sahibkarın iddiasına əsasən, ona telefonla zəng edilərək, obyektin qapısının qırıldığı, içəridəki bütün malların xəbərdarlıq edilmədən çölə atıldığı deyilib. Rəsmi izahat olaraq isə ona müqavilənin yalnız 1 illik olduğu bildirilib. Halbuki Tağı Tağıyev qarşı tərəflə 3 illik yazılı razılaşma əsasında fəaliyyət göstərdiyini və bu sənədin hələ də qüvvədə olduğunu söyləyir.
İnsident nəticəsində sahibkara təxminən 40 min manatlıq maddi ziyan dəydiyi iddia olunur. Təmir işləri, avadanlıqlar, ərzaq məhsulları və digər ticarət ləvazimatlarının itirilməsi biznes fəaliyyətinə ciddi zərbə vurub.
Məsələ ilə bağlı qarşı tərəfdən – Tofiq Hüseynov və ya MTK tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Hüquqşünaslar isə bildirir ki, icarə müqaviləsinin birtərəfli pozulması, üstəlik əmlakın dağıdılması və xəbərdarlıq edilmədən əraziyə müdaxilə edilməsi qanunvericiliyin kobud şəkildə pozulması hesab olunur.
Sahibkar məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini və hüquqlarını sonadək müdafiə edəcəyini bildirir. O, aidiyyəti dövlət qurumlarını da bu cür özbaşınalıqlara göz yummamağa çağırır.
Bu olay bir daha göstərir ki, özəl sektorda müqavilə mədəniyyətinə və sahibkar hüquqlarına hörmətlə yanaşılmadıqda, həm iqtisadi zərərlər, həm də sosial etimad böhranı qaçılmaz olur. İndi isə gözlər Sumqayıt hüquq-mühafizə orqanlarının və məhkəmələrin verəcəyi qərardadır.(den.az)







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam