Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

1 saylı Dəri-Zöhrəvi Dispanserdə saxta əlillik və dərman qalmaqalı -VİDEO/İDDİA

Məlumata görə, paytaxtın mərkəzində – Bülbül prospektində yerləşən 1 saylı Dəri-Zöhrəvi Dispanserdə ciddi qanun pozuntuları baş verib. İddialara əsasən, sözügedən tibb müəssisəsində rəhbərlik tərəfindən bəzi şəxslərə saxta əlillik dərəcəsi almaq üçün saxta xəstəlik tarixçələri açılır və formal olaraq xəstəxanada yatmaları təmin olunur.

Yenixeber.org: Əldə etdiyimiz məlumata əsasən, bu prosesin qarşılığında qeyri-rəsmi ödənişlər tələb olunduğu bildirilir. Lakin daha ciddi narazılıq doğuran məsələ isə dövlət tərəfindən ayrılmış pulsuz dərmanların həmin "saxta xəstələrə" belə verilməməsi olub. Bu səbəbdən bir qrup şəxs dispanserdə etiraz səsi qaldırıb və narazılıqlar gərginliyə səbəb olub. Mülki vətəndaşlar arasında qarşıdurma yaşandığı, təhlükəsizlik əməkdaşlarının hadisəyə müdaxilə etməli olduğu bildirilir.
Məsələ ilə bağlı aidiyyəti qurumların – Səhiyyə Nazirliyi və ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məsələyə dərhal müdaxilə etməsi və araşdırmalara başlanması tələb olunur.
Məsələni diqqətdə saxlayırıq. Əlavə məlumat olduqda yenilənəcək.(Bakunews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam