Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Arxamızca"ÖLÜM" arzu edən yaşlı nəsil gəlir: Görəsən, nənə, babalar nə düşünür?!

 

Qeyd edim ki, Azərbaycanda baş verən hadisələrə təəccüblənmək elədə asan məsələ deyil. Çünki nəticələri tv- lər elə adiləşdirib ki, düşünürsən belədə olmalıymış.

Yenixeber.org: Gərək elə bir vəziyyət yaşansın ki, təəccüblənə biləsən. Mən isə əksər halda bu və bunun kimi halları müşahidə edərək, təəccüblənmək nədir, deyimki bir azda irəli gedirəm. Beləki, adəti üzrə dövlət hər il insanların madii rifah halının yaxşılaşması üçün müəyyən imtiyazlara rəvac verir. Nə gözəl: Həqiqətən, alqışlanmalıdır! Çünki iqtisadi baxımdan dünya bazarlarında gedən inflyasiyalar Azərbaycandanda yan keçmir. Belə hal isə insanların sosial rifahına təsir edir.
Yadımızdan çıxarmayaq ki, biz neft və qaz ixrac edən ölkəyik. Bizim bazar neft və qazın qiymətinə görə tənzimlənir. İqtisadiyyatda gedən müəyyən sıçrayışlar Azərbaycanda azad bazar iqtisadiyyatına birbaşa təsir edir. Əlbətdəki bütün bu olanlar insanların sosial vəziyyətindən yan keçə bilməz! İl yekunlaşanda əgər dövlətin büdcəsində normal vəsait toplanarsa yeni cari  ildə pensiyalar, məvaciblər, təqaüdlər, müavinətlər, " qocalıq pulu" da prezidentin göstərişilə artırılır. Məncə atılan belə addım qiymətlərin qalxmasında xalqa dəyən zərəri tənzimləyir və müəyyən qədər sosial rifahı yaxşılaşdırır. Lakin edilən bu güzəştlər insanların maddi rifahında çoxda nəzərə çarpmır. Yeni ilin yanvarında yəni 2025- ci ildə o biri illər kimi dövlətin büdcəsi yenidən hesablanaraq, sosial vəziyyətin yaxşılaşması üçün maaşların, əmək pensiyası və təqaüdlərin artımı gözlənilirdi. Nəhayət  ilin əvvəlində verilən qərar aylar sonra  2025 - ci ilin iyun ayının 13- də öz əksini tapdı. Yəni Prezident verdiyi qərarı təsdiqləyərək, insanları sevindirdi. Həqiqətən, sevindirici vəziyyətdir. Verilən fərmanı tv- lər, müəyyən saytlar tez bir zamanda yayaraq, xalqa çatdırdı. Sevinən çox oldu. Təəssüfki  o sevinci dada bilməyən bir zümrə var ki, əmək bazarında müəyyən kapitalı toplaya bilməyən və heç yerdən gəliri olmayan nənə - babalarımızdır. Yaşı 70 - i haqlayan və sağlamlığını itirən pensiya kapitalı toplaya bilməyən yaşlanmış insanlardır. Nəzərinizə çatdırım ki, sözügedən pensiya haqqındakı ilk müstəqil qanun rəsmi olaraq 1997- ci ildə, məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul olunub. Bu qanun 1997- ci ildə avqustun 5- də imzalanıb və bu günə qədərdə qüvvədədir. Lakin ilin əvvəlindən sosial vəziyyətin yaxşılaşması üçün artırılan pensiyalar, təqaüdlər və müavinətlər çox təəssüfki yaşa görə olan "qocalıq"-pulundan yan keçib. Bu yaşlı zümrə  dövlətin ayırdığı və üç ildir artım olacaq deyib; lakin  öz əksini tapmayan 220- manatla hələdə  kifayətlənməkdədir. Əslində artımlara baxsaq insanların  ehtiyac "minimum"unu ödəmir. Haşiyə:(Bir neçə ildir ki, diqqətimi çəkən bir nüans məni  narahat edir. Niyə yaşlı nəslə qarşı orta yaşa mənsub olan vəzifəli  iş adamları laqeyid və biganədir? Sanki baxsaq görərik ki,  yaşlı birinə əvvəlki qədər diqqət və qayğı yoxdur. Elə bil adamlar insanlığını itiriblər. Belə hörmətsiz vəziyyət müəyyən ailələrdədə özünü göstərir.)
Bir məsələnidə vurğulayım ki, İnsanların yaşayış səviyyəsinin zəif olması məncə başa düşüləndir. Çünki dövlətimiz yeni müharibədən çıxmış qalib ölkədir. Hal- hazırda Qarabağda təmir- bərpa işləri gedir. Lakin hər şeyə rəğmən gəlin, unutmayaq ki, dövlətin verdiyi  220 manat yaşlılar üçün bir ümid yeridir. Baxmayaraq ki, verilən 220 manat pul yaşlı insanların ehtiyacını ödəmir. Elə ailələr var ki, çox kasıbdır və öz doğma valideynlərinə bir övlad kimi yetərincə kömək  edə bilmir. Yaşlılar hər ay gözlərini dövlətin büdcəsindən gələn müavinətə tikir ki, bəlkə bir qarnı ac, bir qarnı tox  öz ömürlərini başa vursunlar. Çox təəssüf edirəm ki, 2025- ci il  artımlarının içərisində həsrətlə gözlənilən 220 manatın miqdarında heç bir artım nəzərə çarpmadı. Amma inandırım ki, bu xəbəri gözləyən yaşlı insanlar çox məyyus oldular. Sual edilir: Niyə? Yaşlanan insanları yaşamaq hüququndan məhrum edənlər kimlərdir? Bu insanların daha çox madiyyata ehtiyacı olduğu halda, niyə oğul, qız yanında boynubükük və dili qısa qalmalıdırlar? Bu suala kimlər cavab verməlidir? Əgər təsdiqlənən siyahıda həmin "Yaşlılıq" pulu olsaydı Prezident imza atası deyildi ki?! Bu artım niyə siyahıya salınmayıb? Məncə artımlar kimliyindən asılı olmayaraq, bütün qocalıq yaşı çatmış və heç bir yerdən gəliri olmayan vətəndaşlara şamil edilməlidir.
Axı nədən yaşlı insanlar aramızdan çıxdaş olunurlar? Maraqlı budur ki, millət vəkilləri ayda 7 min məvacib aldığı halda, öz yaşayışlarından şikayət edirlər. Çox gülməlidir..." Ehtiyac meyarı" nı onların özlərinə verəsən ki, bir ay yaşayın görək necə yaşayarsız? Dövlətin yaşlılara qarşı belə sayğısızlığı müəyyən ailələrədə sirayət edir. Dövlət öz yaşlısına dəyər versəydi yəqinki bəzi oğullar, qızlar öz valideynlərini " qocalar" evinə yerləşdirməzdilər.
Elə ailələr var ki, qoca anasına, atasına "şiş ucunda "çörək verir. Sağlığında belə  "Ölüm" arzulayan yaşlı atalar, analar var. Sizlər heç Allahdan qorxmadınızmı?! Bu sayğısız məmurlar görəsən, yollarını   "qocalar" evlərindən salırmı?! Müasir dövrdə bəzi övladlar qocalmış valideynlərini həyat yoldaşının təkidiylə hüzur evlərinə yerləşdirirlər. Belə bir duruma şəraiti yaradan kimlərdir? Əlbətdə siz məmurlar! Əgər sosial vəziyyət insanları təmin etsəydi yəqinki belə olmazdı. ( Dava aclıqdan, tövbə toxluqdan düşər) Axı sizləridə dünyaya gətitirib zirvəyə qaldıran o, atalar, analar deyilmi?! Bu yaşlı nəsil neyləməlidir ki, bəzi işbazların işinə mane olmasınlar. Bilmirsiz  yaşlılara arzu etdiyiniz "ÖLÜM" onların öz əlində deyil. Var- dövlət gözlərinizi elə örtüb ki, Allah tərəfindən yaradılışa şübhə ilə baxırsınız. Düşünürəm ki, bəlkə Milli Məclis səviyyəsində bir qərar verəsiniz! Səhiyyə Nazirliyi ilə razılığa gəlib "EFTANAZİYA" məsələsini gündəmə gətirəsiniz! Onsuzda bu qocalar gündə yüz dəfə ölüb dirilirlər. Hər dua edəndə özlərinə ölüm arzu edirlər. Azərbaycan dövləti də Hollandiya dövləti kimi öz vətəndaşının imzası ilə şəxsin ölümünə fərman versin. Məncə bu daha məqsədə uyğun sayıla bilər. Çünki nənə, babalar öz ailəsində vicdan əzabıyla yaşamaqdansa, rahatlıqla Allahın dərgahına qovuşması daha yaxşı deyilmi?! Sizcə necə fikirdir? Bu zamanədə yaşlı nəsli dindirəsi olsaq hələdə həyatda qaımasına NİFRƏT edirlər. Amma başqa dövlətlərlə müqayisədə yaşlanmış xarici vətəndaş öz yaşı ilə fəxr edir. "Elə qürurla deyirlər ki, cavanlığımda işləmişəm və yaş yetirib pensiya kapitalı toplamışam.
Salığım yerindədir və pensiyamla istədiyim şəhərə səyahət edirəm və çox gözəl yaşayıram. Bir sözlə dövlətim biz qocalara sevərək diqqət edir. Diqqət edir ki, bizlər zamanında bu dövlətin gərəkli vətəndaşı olmuşuq". Əziz oxucu, siz nə düşünürsüz? Məgər yaşlı nəslin haqqı yoxdur, gözəl və firavan yaşamağa??? Onlar özlərinə ÖLÜM arzulamalıdır?!
P. S Azərbaycanın yaşlı nəsli başqa dövlətin yaşlısından niyə kənarda qalmalıdır? Onunda bu vətənin bütün imtiyazlarından istifadə etməyə haqqı var. Çünki  küllü aləmdə olan bütün nazı - neməti Allah hər kəs üçün bəxş edib. Unutmayaq: Küllü aləmin və hər kəsin sahibi ALLAHDIR!!!

Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam