Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qida borusunda ilişib qalan nəticə - YARIMÇIQ QALAN YOXLAMA

Qida Təhlükəsizliyi Agentliyinin son günlər vüsət alan kütləvi yoxlamalarından danışmaq istəyirəm. Ard-arda bir neçə məşhur restoranda aparılan yoxlamalardan hamımız xəbərdarıq. Çirkli mətbəxlər, saxta içkilərin nümayişi, qida təhlükəsizlyi qaydalarını pozan onyektlərin ifşa olunması və bütün bunların ictimaiyətə təqdim edilməsi təqdirəlayiq addımdır.

Yenixeber.org: Amma nə sirdirsə bu hücum birdən başladı. Cəza mexanizmi isə cərimə yazıb işini bitmiş hesab etməkdən ibarət imiş. Necə deyərlər yoxladıq, nöqsan tapdıq, cərimə elədik getdik. Sabah yenə həyat olduğu kimi davam edir. Gəlin, yeyin için, ZƏHƏRLƏNİN....
AQTA-nın yaydığı məlumatların bəzilərində xarici istehsalçıya məxsus olduğu göstərilən saxta spirtli içkilər də nümayiş olunurdu. Bu xəbərdən sonra şəxsən tərəfimdən sual ünvanladım ki, bəs bu saxta içki restorana necə gəlib düşüb? Araşdırmanızın nəticəsi barədə məlumat verə bilərsiz? Saxta spirtli içkiləri restoran işçiləri özləri istehsal edir yoxsa restorana hansısa şirkət gətirir? Dolayı və qarışıq bir cavab aldım. Ajans.az-ın sorğusuna da şablon cavab gəldi. “Qanunsuzluğu aşkar edirik, cərimə olunurlar, məlumat tərəfimizdən ictimailəşir”. Vəssalam.
Bu saxta spirtli içkini aşkar etdiz. Çox gözəl. Bəs indi biz istehlakçı olaraq məlum restoranlarda bundan sonra saxta içki satılmadığını necə müəyyən edək? Axı siz yoxlamısız. Aşkar da etmisiz. Niyə demirsiz bilək ki, saxta içki bu restoranda istehsal olunur yoxsa xaricdən idxal edildiyini deyən hansısa şirkət tərəfindən gətirilir? Niyə gizlədirsiz? Nəyi gizlədirsiz?
Hansı tədbir görürsüz? İşiniz yalnız cərimə edib arxanıza baxmadan çıxıb getməkdir? Bəs bu saxta içkinin, onu istehsal edənin, camaata satanın məsuliyyəti necə oldu? Məqsəd müəyyən cərimə məbləğini hesabınıza köçürtdürüb hesabatda bu qədər iş görmüşük görüntüsü yaratmaqdır, ya necə?
AQTA-nın rəsmi səhifəsində maraqlı və kifayət qədər çox yaxşı məlumatlar yer alır. Biz dəfələrlə Ajans.az xəbər portalında bu məlumatları yayımlamışıq, yayımlayırıq da. Amma düşünürəm ki, AQTA-nın rəhbəri hörmətli Qoşqar Təhməzlinin brifinqi olsa biz jurnalistlər də suallarımızı verib cavabımızı ala bilərdik. Mətbuat xidməti isə inciməsin. Yenə zəng və yenə uzun-uzadı cavabı olmayan izaha ehtiyac yoxdur. Çünki nəticəsizdir yoxlamalar kimi.....

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam