Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Xırdalandan növbəti şikayət- "Viləşçay-İnşaat" MTK-nın  rəhbəri özü üçün qanunlar tətbiq edib? -VİDEO

media-vill

       Evimiz var, amma evimizdə rahatlığımız yoxdur”.

Yenixeber.org: Məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində “Viləşçay-İnşaat” MTK-nın inşa etdiyi binada yaşayan sakinlər belə iddia edirlər.

Binada 250 ailə yaşayır. Sakinlər bildirirlər ki, rəsmi olaraq mənzillər onların şəxsi mülkiyyətidir, lakin MTK rəhbərinin ora təyin etdiyi yaxınları, binaları qeyri-rəsmi şəkildə idarə edir və sakinlərdən qanunsuz olaraq xidmət haqqı yığır. Üstəlik, bu xidmət haqqına uyğun heç bir real xidmətin göstərilmədiyi iddia olunur.

Sakinlər deyirlər ki, binada yaranmış kommunal problemlərə vaxtında reaksiya verilmir. Əvəzində isə hər ay “xidmət haqqı” adı altında vəsait toplanır.

MTK-nın təsisçisi İsrafil Hüseynov isə iddialarla razılaşmır. O, bütün bu narazılıqları “əsassız” adlandırır.

Sakinlər səlahiyyətli qurumlar tərəfindən məsələyə müdaxilə olunmasını, bina idarəçiliyində şəffaflıq və hüquqi əsasların təmin edilməsini istəyirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

(xezerxeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam