Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal

 

Hesablama Palatası tərəfindən Elm və Təhsil Nazirliyi və tabeliyində olan təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsində 53,5 milyon manatlıq dövlət investisiyalarının istifadəsinə dair audit aparılıb.

Yenixeber.org: Audit 2021–2023-cü illəri əhatə edən 10 layihəni əhatə edib və ciddi nöqsanlar üzə çıxıb.

Məlum olub ki, bir sıra layihələr planlaşdırılarkən texniki-iqtisadi əsaslandırmalar aparılmayıb, bu da vəsaitin məqsədəuyğun istifadə edilməməsinə səbəb olub. Layihələrin icrası müddətlərinə əməl edilməyib, bəzi layihələr gecikib, bəzilərində isə əsaslandırmalar yetərsiz olub. Təhsil müəssisələri üzrə 3 tikinti obyektində smeta və müqavilə həcmlərindən artıq işlərin daxil edilməsi nəticəsində 92 min manat artıq vəsait xərclənib.

5 layihədə müqavilə üzrə nəzərdə tutulmayan işlər görülüb və nəticədə 633 min manat dəyərində əlavə ödənişlər baş verib. 6 layihədə isə müəllif nəzarəti olmadan 560 min manatlıq işlər yerinə yetirilib. Eyni zamanda, 5 müqavilə üzrə faktiki icra edilməyən və ya həddindən artıq göstərilən işlər üçün ümumilikdə 784 min manat artıq vəsait ödənilib.

media-manatt

Satınalma prosedurlarında da ciddi pozuntular aşkarlanıb – bəzi hallarda tenderdən əvvəl müqavilələr bağlanıb, bəzi hallarda isə ehtimal dəyəri nəzərə alınmayıb. Nəticədə dövlət vəsaitlərinin səmərəsiz istifadəsi və qanunvericiliyin pozulması halları baş verib.

Hesabatda, həmçinin maliyyə sənədlərində ziddiyyətlərə və qeyri-şəffaflığa diqqət çəkilir. 5 obyekt tabeli qurumlara balansa verilməyib, 2 obyektdə isə avadanlıqların sənədləşməsi düzgün aparılmayıb.

Nəticədə, podratçılara artıq ödənilmiş 1 milyon 305 min manatın dövlət büdcəsinə qaytarılması qərara alınıb. Hesablama Palatası İdarədən nöqsanların aradan qaldırılmasını və gələcəkdə bu kimi halların qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edib.

Xalq.az məlumat verir ki, 2022-ci ilin mart ayına kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi İqtisadiyyat nazirinin müşaviri,  SOCAR-ın Müşahidə Şurasının üzvü olan Anar Axundov olub.

media-anarr

2022-ci ildən isə Təsərrüfathesablı  Əsaslı Tikinti və Təchizat İdarəsinin direktoru Valeh Mirzəliyevdir.

media-valeh

 Məsələ ilə bağlı  Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsindən heş bir açıqlama almaq mümkün olmadı.(Xalq.az)


Yazıda adları keçənlərində mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam