Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Abşeron icra başçısı qanunsuz obyekt tikintisi sahibinə səkini də satdı?-FOTOLAR

Abşeron icra başçısı qanunsuz obyekt tikintisi sahibinə səkini də satdı?- FOTO
Abşeron rayonunda tikinti işbazlar icra başçısına arxayın olub, özbaşınalıqlara davam etməkdədirlər.
Yenixeber.org:  Xırdalan şəhəri, Heydar Əliyev prospekti adlanan mərkəzi yolun üstündə obyekt tikintisi aparılması üçün qanunsuz söküntü işləri görülür.
Bildirək ki, söküntü işləri bir neçə gündür davam edir.
Məlumata görə, icra başçısı Abdin Fərzəliyev Xırdalanda AAAF parkın yanında aparılan qanunsuz söküntüyə əlverişli şərait yaratdığı deyilir.
Məlumatda daha sonra bildirilir ki, ərazidə aparılan söküntü və qazıntı işləri aparılması üçün ETSN-nin Dövlət Ekoloji Ekspertiza Agentliyindən icazəsi yoxdur. Həmçinin ərazidə də şəhərsalma və tikinti qanunvericiliyi də kobud formada pozulub. Bununla yanaşı icra başçısının xeyir-duası ilə rayonda olan qanunsuzlar azmış kimi, məzrkəzi yolun üstüdə dövlətin puluyla salınan səki belə dağıdılaraq söküntü və tikinti ərazisinə qatılıb.
Xülasə Abdin Fərzəliyev gözlənildiyi kimi etimadı doğrultmayıb – nə əhalinin, nə dövlətin. Fərzəliyev Nərimanov rayonunda necə idisə, Abşeronda da eyni üslubda fəaliyyətini davam etdirir. Fərq budur ki, Nərimanov mərkəz idi, hər yeri satmaq olmurdu, amma satanda da çox baha qiymətə tikintiyə sərəncam verilirdi. Abşeronda isə gözdən iraq yerdi deyə Masazır, Xırdalan və digər ərazilərdə istədiyi yeri satır. Gedişatdan görünən odur ki, A. Fərzəliyev Abşeron əhalisi üçün həqiqətən də heş bir iş görmür, kabinetlərdə görüşlər keçirməklə özünü prezidentə yerli sakinlərə "xidmət" edən məmur kimi göstərir.(paytaxt.org)
ardı var
Xalidə Fərzəliqızı





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam