Redaktor seçimi
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
Günün xəbəri

"Lion Centre"MMC-nin direktoru tərəfindən Cənab İlham Əliyevə MÜRACİƏT

Bakı sakini "Lion Centre"MMC-nin direktoru Aslanov Ramil Xurşud oğlu ona qarşı Bakı Baş Gömrük İdarəsinin Rəhbərliyi Elmir Ramazanov tərəfindən yaradılan süni əngəllər şəxsi prinsip xarakterli, eyni zamanda ...

Yenixeber.org: Bakı şəhər sakini Aslanov Ramil Xurşud oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə  Cənab İlham Əliyevə müraciət edir:

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva,
Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov,
Milli Məclisin sədri Sahibə Xanım Qafarova,
Azərbaycan Respublikasının Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti Şöbəsinin müdiri cənab Şahmar Mövsümov,
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyev,
Azərbaycan Respublikasının Baş Prokurorun müavini cənab Elmar Camalov,
Azərbaycan  Respublikasının Baş Prokurorluğu, Ədliyyə Gömrük və Vergi Orqanlarının İstintaq Təhqiqat və Əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin rəisi cənab Ceyhun Kazımov,
Azərbaycan Respublikasının  İqtisadiyyat  naziri cənab Mikayıl Cabbarov,
Azərbaycan Respublikasının İqtisadiyyat  nazir müavini cənab Elnur Əliyev.

"Hörmətli Cənab Prezident!

Çox uzun müddətdir ki, mənə qarşı Bakı Baş Gömrük İdarəsinin Rəhbərliyi Elmir Ramazanov tərəfindən yaradılan süni əngəllər şəxsi prinsip xarakterli, eyni zamanda vəzifəli şəxsin vəzifə səlahiyyətləri aşma və sahibkarı qəsdən süründürməçiliyə məruz qoyan, saxta sənədlərlə, saxta hesablamalarla, saxta rəqəmlərlə, saxta qiymətlərlə, özündən  uydurma və havadan götürülmüş 97665 manat  rəqəmlərilə ittiham edərək, qanunsuz və prosessuar pozuntularla dolu olan protokol və ya raportla dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə yönəldərək, mənə qarşı cinayət işi ilə hədələmə, qanunsuz araşdırmalar davam edir.
DGK-nin Əməliyyat-İstintaq Baş  İdarəsi hələ də öz əsas vəzifələri tam olduğunu anlamır və bilmir. 
Belə ki, Əməliyyat və İstintaqın əsası hərtərəfli tam və obyektiv işin aparılmasıdır. Lakin göz qabağındadır ki, həmin araşdırma natamam – (mən göstərdiyim istinadları, sübutları, faktları, qanun pozuntularını görməzdən gəlir və onlara məhəl qoymurlar), birtərəf – (yəni Elmir Ramazanovun diktəsilə, əsassız, mənə məxsus olmayan, qanunsuz yollarla əldə olunmuş sənədlərlə və uydurma rəqəmlərlə ittiham etmələri), qeyri obyektiv – (onlar dediklərinin və göstərdiklərinin əksini mən isbat etdikdə faktlar və sübutlar göstərdikdə  ədalətli qərar vermirlər və yenə də onlara məhəl qoymurlar). 
Mənə maraqlıdır, bu faktlar prosessual pozuntularla və qanunsuz yollarla əldə olunmuş sənədləri prosessual rəhbərliyi həyata keçirən prokuror nəyə baxıb və niyə baxmır, qarşısını niyə almır?!

Hörmətli Cənab Prezident! 

Yuxarıda yazılanları nəzərə alaraq, məni təcili əlimdəki sübutlarımla, faktlarımla, əsaslarımla birlikdə qəbul etməyinizi və ya sahibkarlıq fəaliyyətimə qanunsus müdaxilələrin, qanunsuz təzyiqlərin, süründürməçiliklərin, bürokrat əməllərin, natamam və qeyri obyektiv araşdırmaların, vəzifə özbaşınalıqlarına son qoyulması üçün  baş nazir Əli Əsədova, Milli Məclisin sədri Sahibə Qafarovaya, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümova, Respublikanın Baş prokuroru Kamran Əliyevə, Respublikanın Baş Prokurorun müavini Elmar Camalova,  Baş Prokurorluğun, Ədliyyə Gömrük və Vergi orqanlarının İstintaq Təhqiqat və Əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımova, İqtisadiyyat naziri Mikayıl Cabbarova, İqtisadiyyat nazir müavini cənab Elnur Əliyevə məni təcili olaraq qəbul etmələri barədə göstəriş verməyinizi Sizdən xahiş edirəm". 

Hörmətlə:

Bakı Nəsimi rayonu Süleyman Rəhimov küçəsi 150, mənzil 3, 
"Lion Centre"MMC-nin direktoru Aslanov Ramil Xurşud oğlu.

 

Vüsalə Nəciyeva, ("Hurriyyet")

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam