Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“AAAF Park”da təhlükəli vəziyyət -FOTOFAKT

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksində sakinlər avtomobil yolu ilə hətəkət etmək məcburiyyətində qalıb. Yaşayış kompleksində bütün səkilər zəbt edilib, obyekt sahibləri avtomobil yoluna qədər səkilərə piştaxtalar düzüblər.

Yenixeber.org: Bu barədə  danışan narazı sakinlər kimə və hara şikayət edəcəklərini də artıq bilmirlər. Sakinlər bildirib ki, səkilər tamamilə zəbt edilib. Onlar ancaq avtomobil yolu ilə hərəkət edirlər. Bəzi obyekt sahibləri hətta avtomobil yoluna da yeşiklər yerləşdiriblər. Bu da həm avtomobillər üçün, həm də sakinlər üçün hərəkəti çətinləşdirir.

Sakinlər bildirirb ki, problemlə əlaqədar Abşeron rayon İcra Hakimiyyəti, “AAAF İnşaat” rəhbərliyinə dəfələrlə müraciət də ünvanlayıb, narazılıqlarını bildiriblər. Lakin sakinlərin şikayətinə baxan yoxdur.

Sakinlərin sözlərinə görə, bu hal təkcə kompleksin həyətində yaşanmır. Xırdalanın əksər küçə və prospektlərində vəziyyət eynidir. Səkilərdə qanunsuz tikililər hərəkəti çətinləşdirib. Bu tikililər, səkilərin zəbt edilməsi səbəbindən insanlar işə, dərsə gedib gələrkən daim təhlükə ilə üzləşirlər.

Xatırladaq ki, Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. Onun adı tez-tez qanunsuz tikili işində hallanır.

“AAAF Park” sakinlərinin göndərdiyi fotoları təqdim edirik:

Qarşı tərəfi dinləməyə hazırıq.(tribunainfo.az)

media-22

media-23

media-24

media-55


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam