“AL Market”də köhnəlmiş konfetlər satışda – Yeni rəhbərlə köhnə problemlər davam edir

Yenixeber.org: “Azərsun Holdinq”in törəmə müəssisəsi olan “AL Market” supermarketlər şəbəkəsində yararsız və köhnəlmiş konfetlərin satışa çıxarıldığı iddia olunur.

Redaksiyamıza daxil olan məlumata görə, “AL Market” şəbəkəsinin Nərimanov rayonundakı filialından alınan südlü Toffee konfetləri keyfiyyətsiz vəziyyətdədir. Müştərilər bildiriblər ki, konfetlər o qədər bərk və köhnəlib ki, nə əllə, nə də dişləməklə kəsmək mümkün deyil. Halbuki bu tip şirniyyatlar normada yumşaq olmalıdır.

Qeyd edək ki, “AL Market” mağazalar şəbəkəsinin rəhbəri Mühəmməd Zülfü Özçelikdir. O, bu vəzifəyə 2025-ci ilin fevral ayının sonunda təyin edilib.(32gün.az)

Ayxan