Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
Günün xəbəri

Adil Vəliyevin oğlu özünün komfortu üçün yolu “bağlatdırdı” —FOTOLAR/RƏSMİ

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu, “Efendiler Group” şirkətinin rəhbəri Ənvər Ənvərli (Vəliyev) sakinlərin razılığı olmadan Bakıxanov qəsəbəsi, Ülvi Rəcəbov küçəsinin Səməd bəy Mehmandarov küçəsinə çıxış hissəsində sakinlərin avtomobillərini park etməsini qadağan etdirib.
Yenixeber.org: Məlumata görə, icra başçısının oğlunun göstərişi ilə AYNA tərəfindən məhəllədaxili yola “dayanma, durma qadağandır” işarəsi qoydurub.
Sakinlərin narazılığına baxmayaraq, Ənvər Ənvərli bu addımı “Efendiler Group” şirkətinin ofisinə özünün rahat “giriş-çıxış” etməsi üçün atıb.
Sözügedən yol nişanının  “Efendiler Group” şirkətinin müraciəti əsasında quraşdırılmasını Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) də təsdiqləyib:
“Əfəndilər” MTK tərəfindən olunmuş rəsmi müraciətə əsasən, Ülvi Rəcəbov küçəsində AYNA-nın əməkdaşları tərəfindən təhlillər aparılıb.
Təhlillərin nəticələrinə əsasən, Ülvi Rəcəbov küçəsinin Səməd bəy Mehmandarov küçəsinə çıxış hissəsində parklanma səbəbindən qarşılıqlı hərəkətə maneə yarandığı müşahidə olunub. Belə ki, AYNA tərəfindən S.Mehmandarov küçəsində ödənişli parklanma məntəqləri təşkil olunmasına baxmayaraq, parklanmaya görə ödənişdən yayınan sürücülər həmin hissədə parklanma etməklə qarşılıqlı hərəkətə maneə yaradırlar.
Maneəsiz hərəkətin təşkil edilməsi məqsədilə həmin ərazidə dayanma-durmanı qadağan edən 3.27 yol nişanlarının qurşadırılması məqsədəuyğun hesab olunub”.
Qeyd edək ki, son illər Ənvər Ənvərlinin adı mediada bir sıra qalmaqallarda hallanıb.(demokrat.az)
Vaqif Hüseynli



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam