Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Nizami rayonunda məktəbin ərazisində avtoyuma məntəqəsini kim tikdirir? -FOTOFAKT

media-nizami

Ölkədə böyük bayram tətilləri zamanı şəhərdə adam az olanda, əhali istirahət üçün bölgələrə üz tutanda, ya da evində oturub şəhərə çıxmayanda “obyekt aşiqləri” fəallaşmağa başlayırlar.

Yenixeber.org: Haranısa hasara alır, ağac kəsir, tezbazar yüngül konstruksiyalı obyekt inşa edirlər. Ətrafa diqqət edən insanlar bunu görəndə isə gec olur. Vaxtında görsələr belə, müvafiq dövlət orqanları (icra hakimiyyətləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və s.) tətilə çıxdığı üçün heç yerə zəng edib şikayəti çatdıra bilmirlər. “Obyekt aşiqləri” də bu orqanlara bağlı şəxslər olduğundan bunu yaxşı bilir və “əməliyyat vaxtı” üçün həmin günləri seçirlər.

Artıq Nizami rayonunda bayramı fürsət bilənlər işə keçib. Belə ki, Nizami rayonu, Qara Qarayev prospekti, ev 82A-nın həyətində, 61 saylı orta məktəbin ərazisində (vaxtilə məktəbin ərazisi olub, sonra zəbt edilib) 2 gündür gecə-gündüz dayanmadan tikinti gedir.

Bu barədə məlumat paylaşan sakinlərdən biri bildirib ki, bayram günləri məhz gecələr tikinti işlərinin aparılmasının səbəbi məlumdur. Ərazidə avtoyuma məntəqəsi və başqa təyinatlı obyektlər tikilir.

Tikintiyə rəsmi icazə verilib-verilmədiyinə aidiyyəti orqanlardan aydınlıq gətirilməsi xahiş olunur.

Aidiyyəti orqanların mövqeyini işıqlandırmağa hazırıq. (tribunainfo.az)

media-nizami

Qeyd edək ki,2022-ci ildən Nizami rayon icra hakimiyyətinin başçısı Çoşqun Cəbrayılovdur.

media-cosqun



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam