Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb- FOTOLAR

 

Ölkənin ən sərfəli mobil xidmətlərini təqdim edən “Nar” inklüziv cəmiyyətin inkişafına dəstək məqsədilə “Bütün Vücudlar Danışır” sosial-mədəni layihəsinin iştirakçıları ilə görüş keçirib. Mobil operatorun əməkdaşları layihənin iştirakçıları ilə görüş keçirib və onların rəqslərinə qoşularaq unikal inklüziv təcrübəni birlikdə paylaşıblar.

Yenixeber.org: Görüş zamanı “Nar”ın baş icraçı direktoru Qunnar Panke inklüzivliyin cəmiyyətin inkişafındakı rolunu vurğulayıb: “Hər kəsin cəmiyyətin fəal üzvü olması üçün bərabər imkanlara sahib olması vacibdir. Bütün Vücudlar Danışırlayihəsi fiziki imkanlarından asılı olmayaraq, hər kəsin özünü ifadə etməsinə və birlikdə dəyər yaratmasına imkan verir. Nar olaraq, inklüziv cəmiyyətin qurulmasına töhfə vermək bizim üçün sosial məsuliyyətin vacib hissəsidir. Biz dəstəklədiyimiz təşəbbüslərin real dəyişiklik yaratmasına önəm veririk və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.

“Nar” sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri kimi inklüzivliyi və bu yöndə cəmiyyətdə bərabər imkanların yaradılmasını dəstəkləyir. Mobil operator “Bütün Vücudlar Danışır” layihəsinə verdiyi töhfə ilə fiziki məhdudiyyətlərə dair stereotiplərin aradan qaldırılmasına və inklüziv cəmiyyətin qurulmasına dəstək olmağa davam edir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam