Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu

 

Sərfəli internet tarifləri və münasib qiymət siyasəti sayəsində “Nar” Müştəri Loyallığı İndeksi (Net Promoter Score – NPS) üzrə 6-cı dəfə ölkənin lider mobil operatoru seçilib. Operator ümumi NPS göstəricisi üzrə lider olmaqla yanaşı, Gəncə, Xaçmaz, Sumqayıt, Abşeron və Lənkəran bölgələrində də ən yüksək nəticələri əldə edib. Respondentlərin fikrincə, ən yaxşı mobil internet və sərfəli qiymətləri məhz “Nar” təklif edir. Beynəlxalq araşdırma şirkəti tərəfindən keçirilən sorğuda müxtəlif yaş və peşə qruplarından insanlar iştirak edib və nəticələr “Nar”ın müştəri məmnuniyyətindəki dayanıqlı liderliyini təsdiqləyib.

Yenixeber.org: “Nar” müştəri təcrübəsini gücləndirən əsas amillərdən biri də rahat və əlçatan xidmət təqdim edən mağazalar şəbəkəsidir. 2024-cü il ərzində altı yeni mağaza istifadəyə verilib. Bununla yanaşı, 2019-cu ildən başlanmış mağazaların modernləşdirilməsi başa çatıb və artıq bütün “Nar” mağazaları müasir konsept və rahat müştəri təcrübəsi ilə fərqlənir. Yenilənmiş mağazalar mobil rabitə xidmətləri üçün daha əlverişli mühit yaradır ki, bu da müştəri loyallığına müsbət təsir edir.

“Nar” müştəri məmnuniyyətini yalnız sərfəli xidmətlə deyil, sosial məsuliyyət strategiyası ilə də gücləndirir. Operator 2024-cü ildə təhsil, milli-mənəvi irs, vətənpərvərlik və inklüzivliyə yönəlmiş 40-dan çox sosial layihəyə iki milyon manata yaxın sərmayə yatırıb. Bu təşəbbüslər “Nar”ın cəmiyyət üçün sosial dəyər yaradan bir brend olduğunu göstərir. Şirkət 2025-ci ildə də bu istiqamətdə fəaliyyətini genişləndirməyi hədəfləyir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam