Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Bərdədə işıqsız qalan məktəb bağlanıb - başçı və nazirlik mürgüləyir... -VİDEO

 

Bərdənin 2 saylı orta məktəbində olan şəraitsizlik heç Qəzza zolağındakı hansısa təhsil müəssisəsində belə yoxdur. Yerli sakinlərin verdiyi məlumata görə, prezidentin sərəncamı ilə təmir edilən məktəbin nə işığı, nə istilik sistemi mövcuddur.

Yenixeber.org: Bu mövzuda şəhid anası da dövlət rəhbərliyinə müraciət edib. Deyib ki, şagirdlərin təhsil alması üçün məktəbin işıq və istliklə təmin olunmasına ehtiyac var. Anaxeber.info bildirir ki, söhbət Bərdənin şəhər məktəbindən gedir və bu məsələyə yerli icra hakimiyyəti, regional təhsil idarəsi ciddi şəkildə laqeydlik nümayiş etdirir. 

Məktəbin acınacaqlı vəziyyətlə üzləşməsinə heç bir tədbir görməyən icra başçısı Vidadi İsayev və regional təhsil idarəsi rəhbərliyi bu məsələdə susur. Halbuki dövlət vəsaitindən bu məktəbə böyük pullar xərclənib. 

Eyni zamanda, Elm və Təhsil Nazirliyinə edilən müraciətlər nəticə vermir. Sakinlər xahiş edirlər ki, onların səsinə səs verilsin və tezliklə məktəbin fəaliyyəti bərpa olunsun. Çünki yüzlərlə şagird təhsildən məhrum olub. Bu da ciddi bir zərbədir. İlin-günün bu vaxtında Bərdənin mərkəzində məktəbin işıqsız və istiliksiz qalmasını yalnız biabırçılıq adlandırmaq olar. Amma vəziyyət o həddə çatıb ki, prezidentdən köməklik istənilir. Hərçənd, bir məktəbin probleminin həlli yerli icra başçısı Vidadi İsayev və təhsilə cavabdeh məmurların tapşırığı əsasında də həll oluna bilərdi. Amma onların biganəliyi sakinləri dövlət başçısına müraciət etməyə məcbur qoyub.


Azər Talıbov
Anaxeber.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam