Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

“Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatı aldı —FOTOLAR

 

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” nominasiyasında mükafata layiq görülüb.
 
Yenixeber.org xəbər verir ki, şirkət 2024-cü ildə ekologiya və təbiətin mühafizəsi sahəsində  həyata keçirdiyi layihələrə görə seçilənlərdən olub. Mükafat ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tərəfindən “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimova təqdim olunub. Mükafatlandırılma mərasimində çıxış edən M.Babayev bildirib ki, “Araz” supermarketlər şəbəkəsi nazirliklə sıx əməkdaşlıq edən, həyata keçirilən layihələrdə fəal iştirak edən ən yaxşı tərəfdaşlardan biridir. O, şirkətin təbiətin qorunması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. 

“Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri R. İbrahimov 2024-cü ilin ən yaxşı tərəfdaşlarının mükafatlandırılma mərasimində iştirak etməkdən, həmçinin bu mükafata layiq görülməkdən məmnun olduğunu diqqətə çatdırıb. 

Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsi ətraf mühitin mühafizəsi,ekologiyanın qorunması istiqamətində mütəmadi layihələr həyata keçirir. Xüsusilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - “COP29”un ölkəmizdə keçirilməsini nəzərə alaraq bu sahədə həyata keçirilən tədbirləri daha da genişləndirib. “Araz” “Təbiəti qorumaq mənim əlimdədir” şüarı altında ağacəkmə və təmizlik aksiyaları, ekoçantalardan istifadənin təşviqi layihələri, batareyaların, plastik və şüşə butulkaların toplanılıb təhvil verilməsi, uşaqlar arasında maarifləndirmə layihələri, müsabiqələr, eləcə də digər tədbirlərlə bu sahəyə töhfə verib.

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam