Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında özbaşınalıq: ayağa qalxa bilməyən xəstə niyə incidilir? -PREZİDENTƏ MÜRACİƏT

shirvan-sheher-merkezi-xestexanasi-phsh-nin-direktoru-deyishib
"Bizi qəsdən süründürməçiliyə salan həkim Elşən Qafarovun fəaliyyəti araşdırılsın"
Yenixeber.org: Redaksiyamıza Şirvan şəhəri, Füzuli k. ev-25 ünvanda yaşayan Babayeva Elmira Bayım qızının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-rezidenti Mehriban xanım Əliyevaya ünvanladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkimi Elşən Qafarovun qanunazidd əməllərindən narazılıq edir....
Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə müraciəti dərc edirik:  
Hörmətli Mehriban xanım,
Şikayətim Şirvan şəhər Mərkəzi Xəstəxanasındakı özbaşınalıqlardandır. Bildirirəm ki, həyatyoldaşım 04.01.1965-ci il doğumlu Xavandi Samit Sədulla oğlu (FİN 8ASXSTZ) beyin insultu keçirib. Yataq xəstəsidir, danışa bilmir, özü yemək yeyə bilmir və s. 22.09.2024-dən 14.10.2024-cü ilədək Şirvan şəhər Mərkəzi Xəstəxanasında yatıb. Müalicə həkimi Elşən Qafarovdur. O, həm də həkim məsləhət komissiyasının üzvüdür. Mənim yoldaşıma əlillik təyin olunmalı olduğu halda xəstəni bizi süründürməçiliyə salıb. 4 dəfə qəbulunda olmuşuq. Xəstənin də vəziyyəti ilə tanış olmasına baxmayraq hər dəfə bir bəhanə gətirərək komissiyaya gəlmə tarixinin növbəti cümə axşamı günlərinə təyin edirdi. 14.11.2024-də cənab Sahil Babayevə şikayətimdən sonra bizi 22.11.2024-də qəbul etdi. Elşən Qafarov komissiya üzvü kimi özü özünü inkar edib deyir ki, xəstənin vəziyyəti düzgün qiymətləndirilməyib. Xəstəyə I qrup əlillik təyin olunmalıdır. Bunun üçün xəstə yenidən 1 həftə xəstəxanada yatmalıdır və yalnız 3 ay sonra onun əlillik məsələsinə baxıla bilər. Gah da deyir xəstənin vəziyyəti Bakıda dəyərləndirilməlidir. Birincisi xəstənin müalicə həkimi elə o Elşən Qafarovun özüdür.
Həkim kimi özü özünü nə üçün inkar edir?! İkincisi 22.09.2024-dən 14.10.2024-cü ilədək xəstəxanada müalicə alarkən bu vəziyyətdə olan xəstəni yenidən 1 həftə xəstəxanaya yerləşdirmək hansı məntiqə sığır? Ailəmizin maddi durumu çox acınacaqlıdır. 7 nəfərlik ailə (özüm, həyat yoldaşım, oğlum, gəlinim və 3 azyaşlı uşaqla) bir mənzildə yaşayırıq. Ağır vəziyyətdə olan həyat yoldaşıma baxdığım üçün işləyə bilmirəm. Demək olar ki, ölüm ayğında olan həyat yoldaşıma əlillik verilməsi üçün kommisiyada qəbul edib, ona rəy vermək üçün bizi süründürürlər. Ağır vəziyyədtdə olan xəstəni hər dəfə həkimə gətirmək üçünmaddi və fiziki imkanım da yoxdur.
Xəstənin müalicə həkimi özü olub, vəziyyəti ilə çox yaxşı tanışdır, həkim məsləhət komissiyasının üzvləri də bunun şahidi oldu. Hətta komissiya üzvlərindən biri həkimə irad da bildirdi ki, ayağa qalxa bilməyən bu xəstə niyə incidilir? Başa düşə bilmirik həkim Elşən Qafarovun bizi süründürməçiliyə salmaqda hansı məqsədi nədir?! Belə ağır vəziyyətdə olan xəstəni və bu cür süründürməçiliyə salmaq insanlığa sığarmı ? Xahiş edirəm, Möhtərəm İlham Əliyev cənablarının özbaşına məmurlarlarla bağlı xəbərdarlıqlarından nəticə cixarmaq istəməyən, bizi qəsdən süründürməçiliyə salan həkim Elşən Qafarovun fəaliyyəti araşdırılmaqla, barəsində tədbir görülsün və həyat yoldaşıma əlillik təyin edilməsi üçün bizə yardımçı olasınız.
Öncədən Sizə minnətdaram.
Yenixeber.org olaraq qarşı tərəfin cavab hqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam