Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Veysəloğlu" içi qurdlu şokolad satır -PA-ya müraciət edildi

Xaçmaz rayon sakini, üçüncü qrup Qarabağ əlili Yusif Əsədullayev Prezident Administrasiyasının onlayn müraciət edib.

Yenixeber.org: O, PA-ya zəng edərək Xaçmazın Sədi Qurban küçəsində yerləşən "OBA" marketdən şokolad aldığını bildirib. Şikayətçinin sözlərinə görə, evə gələndə həmin məhsulun köhnə olduğunu, içindən qurd çıxdığını görüb. Müştəri həmin vaxtı keçmiş və içi qurdlu şokoladı marketə qaytarıb, rəhbərlik vitrində olan məhsulun da köhnə olduğunu görüb. Y. Əsədullayev deyir ki, buna baxmayaraq, özləri bu fakta şahid olsalar da, köhnə məhsul vitrində ən yığışdırılmayıb, satışı davam etdirilir. Vətəndaş bu səbəbdən Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib, amma yenə də araşdırma aparılmayıb. Ona görə də PA-ya müraciət edib. Oradan isə qəbul şöbəsinin əməkdaşı bildirib ki, telefonla müraciət yetərli deyil, ya məktub göndərməli, ya teleqram vurmalıdır. Vətəndaş isə ritorik sual verib ki, onun müraciətinə cavab verilənə qədər "Oba" marketdən o şokoladları alan neçə müştəri zəhərlənə bilər. Qeyd edək ki, "OBA" marketlər şəbəkəsi "Veysəloğlu" şirkətlər qrupuna aiddir. Bu marketlərdən saysız-hesabsız şikayətlər olur və əsasən də məhsulların keyfiyyətsizliyi barədə narazılıq edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam