Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Baba Rzayevin qardaşı bizi təhdid edir...” –ŞİKAYƏT / VİDEO

Astara sakini “Azərenerji” ASC prezidentinin qardaşı Rahib Rzayevdən şikayətçidir

Yenixeber.org: Astara rayonu, Ərçivan kənd sakini Məmmədov Müseyib Valeh oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, aiddiyyatı qurumlar müraciətinə baxmır:

“Bildirim ki, Xəzər rayonu, Zirə qəsəbəsində səhər saat 8-9 radələrində motosikletlə işə gedirdik. Normal sürətlə hərəkət etdiyim zaman qəfildən arxadan gələn avtomobil yanlış “manevr” etdi, qəza baş verdi.

Qeyd edim ki, heç kimim yoxdur, kirayədə qalıram. Beton işi görüb, günə 50-60 manat pul qazanıram.

Xəstəxanadan çıxandan sonra ayağım sarğıda idi. Həkim dedi ki, 20 gün ayağın sarğıda qalmalıdır. Mən 15 gün saxladım, baxanım yoxdur, ona görə məcbur idim.

“Baba Rzayevin qardaşı bizi təhdid edir...” – ŞİKAYƏT / VİDEO

Qəzaya düşməyimizə səbəb Ələddin adlı şəxs idi. O, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevin qardaşı Rahib Rzayevin tanışıdır. Rahib Rzayev məni işə aparan motosikleti sürən Siman adlı şəxsi təhdid etdi. Dedi ki, əgər bu söhbəti dərinləşdirsəniz sizə böyük problem yaradarıq.

3 dəfə DİN-in 102 xidmətinə məlumat verildi. Xəzər Rayon Prokurorluğuna müraciət edildi. Bizə dedilər ki, ərizə yazmalısınız. İşimizə baxılmadı.

Mərdəkan Rayon Polis İdarəsindən gəlib boş kağıza qol çəkdirdilər. Bir neçə gün bundan qabaq intihara cəhd etdim. 150 dərman içdim, amma ölmədim.

Rəsmi qurumlardan mənim işimə baxılmasını xahiş edirəm.

Qeyd edim ki, qəza aptekin kamelarına düşüb. Sahə rəisinə də müraciət etdik. Ümumiyyətlə, 1 nəfər maraqlanmadı, axtaran olmadı. Burda insan həyatından söz gedir.

Uşağım dünyaya gəldi, heç onu görə bilmədim. Elə vəziyyətə qoydular ki, ayağımı, əlimi hər yerdən kəsdilər. Motosikletə də 500-600 manat ziyan dəyib”.(Hurriyyet")

Şikayətçinin redaksiyamıza göndərdiyi videonu da oxucularımıza təqdim edirik:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam