Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Nazirin oğlu ev dustağı edilib?


 

Onunla bağlı qərarın Ziya Məmmədovun İsveçrədən dönüşündən sonra veriləcəyi deyilir 

"Xeberinfo.com":   Məlumata görə, Nəqliyyat naziri Ziya Məmmədovla bağlı son dönəmlər yaranmış vəziyyət kifayət qədər kritikdir. Bunu təkcə mətbuatda yayılan məlumatlardan deyil, həmçinin reallıqda baş verənlərdən də açıq şəkildə görmək mümkündür. JAM.AZ xəbər verir ki, Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin azaldılması, əsas gəlir sahələrinin əlindən alınması və digər mətləblər onu göstərir ki, nazir işdən çıxarılmasa belə, səlahiyyətsiz biri olacaq. 

Bu əsnada mediada belə bir məlumat da yayılıb ki, Ziya Məmmədova oktyabrın 25-nə kimi vaxt verilib. Həmin müddətə qədər onun 2 milyard dollar pulu dövlət büdcəsinə köçürməsi tələb olunub. Bu məlumatı təsdiq edən başqa bir faktor isə ondan ibarətdir ki, nəqliyyat naziri faktiki olaraq İsveçrədə məzuniyyətdədir. Bu ölkənin banklar ölkəsi olduğunu nəzərə alsaq, üstəlik, nazirə bağlı icra başçılarının da Avropa ölkələrinə səpələnmələrini qeyd etsək, mənzərənin yetərli qədər aydın olduğunu görmək mümkündür. 

Amma JAM.AZ daha bir məlumat əldə edib. Məlumatda deyilir ki, Ziya Məmmədovun oğlu Anar Məmmədov da ev dustağı edilib. Onun şəhər kənarındakı villalardan birində qərarlaşdığı və orada ailəsi ilə birlikdə qaldığı vurğulanır. İddia edilir ki, Anar Məmmədovun ev dustaqlığı dövrü Ziya Məmmədovun geri dönüşü dövrünə qədər davam etməlidir. Yəni, nazir işə çıxdığı gündən etibarən Anar Məmmədov sərbəst şəhəri dolana biləcək. Lakin ölkədən kənara çıxmaq haqqına sahib deyil. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam