Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Məşğulluq Agentliyi 10,5 min əmək kitabçası alır – Ləğv etməyə hazırlaşırdı


Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yenixeber.org: Tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Tuna” QSC (VÖEN - 1700294531) olub.

Qalib şirkət Məşğulluq Agentliyi 10 min 853 manat 97 qəpik qarşılığında 10 min 525 ədəd əmək kitabçası hazırlayacaq. Bir ədəd əmək kitabçası üçün 1 manat 3 qəpik ödəniləcək.
Qeyd edək ki, tenderin qalibi olan “Tuna” QSC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 min manat olan QSC-nin qanuni təmsilçisi Rizvanov Rövşən İsa oğludur.
Məlumat üçün bildirək ki, uzun illərdir Dövlət Məşğulluq Agentliyinin rəsmiləri tərəfindən Azərbaycanda əmək kitabçalarının ləğv olunması barədə açıqlamlar verilir.
2021-ci ildə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bildirib ki, onlar 2020-ci ildə “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platforması yaradıblar: “Bu sistem ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, eyni zamanda kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq  Bu sistem bizə imkan verəcək ki, mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv edək, eyni zamanda əmək kitabçalarının dövriyyədən çıxarılmasını həyata keçirək”.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam