Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Adı ağır cinayətlərdə hallanan “Epidbiomed” MMC 20 milyonluq tenderin qalibi oldu -İLGİNC FAKTLAR

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “Epidbiomed” MMC (VÖEN – 1500338941) olub.

Yenixeber.org: Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərin keçirilməsi məqsədilə 6 komponentli vaksinin satın alınması üçün Mərkəz MMC-yə 19 milyon 966 min 520 manat 40 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Epidbiomed” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Məmməd Əli Sabir oğludur.

Onu da qeyd edək ki, 2018-ci ildə Baş Prokurorluq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan bir sıra şirkətlərin vəzifəli şəxslərinin əməllərinin ifşa olunması ilə bağlı məlumat yayıb.

Prokurorluğun açıqladığı məlumatda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 20 milyonluq tender müsabiqəsinin qalibi olan “Epidbiomed” MMC-nin də adı yer almaqdadır.

Bildirilib ki, “Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyəri olan 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal etmişlər.

Baş proqkurorluğun açıqlamasında həmçinin qeyd olunur ki, “Epidbiomed” MMC-nin rəhbərliyi barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 6.2.6-cı maddəsində gösrərilir ki, tender müsabiqələrində iştirak edə bilmək üçün şirkətlərin satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması lazımdır.(Yeniavaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam