Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Mirzəcan Xəlilov bu dəfə seçkiyə “VA BANK” gedir-YENİLƏNİB

 

Allahın rəhmətini qazanmaqdansa, parlamentin mandatını əldə etmək onunçün daha önəmlidir

“Xeberinfo.com”:   41 saylı Sumqayıt birinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) vahid namizədi, hazıki deputat Leyla Abdullayevanın seçkilərdən qəfil geri çəkilməsi bu dairədən deputatlığa namizədlər arasında seçkilərə öz təşəbbüsü ilə qoşulan “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilova yol açıb. Xatırladaq ki, əməkdar mühəndis M. Xəlilov daha əvvəl iki dəfə mandat qazanmağa cəhd edibsə də, hər dəfə məğlub olub. Özü də rüsvaycasına. Doğma yurdu Sabirabadda onu dəstəkləyən az olub. Həm də müxalifətçiyə uduzub. 2005-ci il seçkilərində söz yayıldı ki, sabirabadlılar Pənah Hüseynə rəğbət bəslədiklərinə görə yox, məhz Mirzəcan Xəlilovu sevmədiklərinə görə səslərini kütləvi surətdə birinciyə bağışlayıblıar.

Amma bu dəfə M. Xəlilov xeyli şanslı görünür. Çünki olan – qalan nəyi var “kona” qoyub, bütün kapitalını səfərbər edib. “Qazanın dibi o qədər süpürülüb” ki, hətta deyilənə görə deputatlığa namizəd öz villasında işlətdiyi fəhlənin də pulunu vermir. Görünür, hacı Mirzəcan artıq qətiləşdirib ki, Allahın rəhmətini qazanmaqdansa, parlamentin mandatını əldə etmək onunçün daha önəmlidir. Elə bu dəyərlərdən imtina etdiyi üçün də doğma eli-obası Sabirabadın namizədi olmamağa qərar verib.

Hərçənd, sumqayıtlılar heç də siyasi aktivlik sarıdan sabirabadlılardan geridə deyillər. Şəhərlilər kimin kim olduğunu yaxşı bilirlər. Onu da bilirlər ki, bacarıqlı mühəndis, gözəl təşkilatçı kimi təqdim olunan M. Xəlilovun “xeyirxahlığı”, “səxavəti”, “comərdliyi” qazandığı çirkli pullar hesabınadır. Onun rəhbərlik etdiyi müəssisənin “Azərsu” ASC-nin tenderlərindən həmişə qalib çıxması da korrupsiya ilə monopoliyanın “izdivacından” doğub. Bu istiqamətdə “xeberinfo.com”a maraqlı məlumatlar daxil olub. Onu da qeyd edək ki, Xəlilovun reytinqinin artmasının daha bir səbəbi də həmişə Heydər Əliyev Fondunun kölgəsinə sığınmasıdı. Qarşıdakı günlərdə bu və digər məlumatlara aydınlıq gətirməklə mövzunu davam etdirəcəyik.

 

 

                                                ***

 

Bu gün (07. 10. 2015) Mirzəcan Xəlilovun köməkçisi kimi tanıdığımız Rasim adlı şəxs naməlum telefon nömrəsi ilə zəng edib, baş redaktorumuzu hədələdi. Olsun, bu birinci dəfə olmadığı kimi, güman ki, sonuncu da deyil. Təəssüf ki, millət vəkili olmaq istəyən şəxs mətbuata münasibətdə məlum qaydaları kənara qoyub, səmərəsiz və qeyri-normal variantlara üstünlük verir. Bu sayaq yollarla bizi mövzunu qapatmağa vadar etmək arzu olaraq da qalacaq, cənab deputatlığa namizəd.  

 

Etibar

   

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam