Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hacılarımız vətənə qayıda bilmirlər

 

"Bizə verilən qrafikə uyğun olaraq sentyabrın 29-na kecən gecə 03:30-da ilk zəvvar qrupu Bakıya yola düşməli idi. Ona görə də həmin zəvvarlar otellərindən çıxarılıb və hava limanına gəlmişdilər. Uçuşların baş tutmaması Səudiyyə Ərəbistanına məxsus şirkətin məsuliyyətidir. Çünki uçuşları onlar həyata keçirir".

 

"Xeberinfo.com": Məlumata görə, bunu "Report"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Müqəddəs Payızov deyib. O bildirib ki, hazırda QMİ-nin nümayəndələri zəvvarların arasındadır və onların problemlərini həll etməyə çalışırlar.

QMİ-nin Səudiyyə Ərəbistanında olan İşlər müdiri, zəvvar qrupuna rəhbərlik edən Hacı Həmdulla Babayev isə sayta açıqlamasında hazırda özünün də sentyabrın 29-da Məkkədən qayıtmalı olan, lakin təyyarə uçuşları gecikən hacı qrupunun arasında olduğunu bildirib.

Onun sözlərinə görə, problem həll olunub və onlar hava limanında qeydiyyatdan keçirlər: "Səudiyyə Ərəbistanının uçuşları həyata keçirməli olan şirkəti problemi həll etdi. Ötən gecə zəvvarları öz hesabına otellərə yerləşdirdilər. Gün vuranların da vəziyyəti yaxşıdır. Artıq biz hava limanındayıq. Bir saatdan sonra zəvvarları gətirən təyyarə buranı tərk edəcək. Gecikən qrupu gətirəcək ikinci təyyarə isə 5 saatdan sonra uçacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam