Redaktor seçimi
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Günün xəbəri

Qax Rayon İcra Hakimiyyəti bayramlara xəsislik etmir -Dövlətin pulu belə xərclənir


 Qax Rayon İcra Hakimiyyətinin bayram və əlamətdar günlərdə tədbirlərin keçirilməsi üzrə malların və həmçinin digər malların satınalınması ilə bağlı kotirovka müsabiqəsinə yekun vurulub.

Yenixebver.org: Müsabiqənin qalibi "FRONSEN 2005" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Dünən başlanmış müsabiqəyə bu gün-05.09.2023-cü il- yekun vurulub(?) Bağlanmış müqavilə ilə Qax Rayon İcra Hakimiyyəti "FRONSEN 2005" MMC-nə 11.567 manat ödəyəcək. Ki, qarışılığında da bayram günlərində atəşfəşanlığı təmin olunacaq, güllər, əklillər və hətta kağız məmulatları da alacaq.  

Yenixeber.org olaraq qalib seçilmiş şirkətlə bağlı internet resusrslarından əhəmiyyətli məlumat əldə edə bilmədik. Əldə etdiyimiz məlumat o oldu ki, "FRONSEN 2005" MMC 15 May 2023-cü ildə qeydiyyatdan keçib. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, YAŞAYIŞ SAHƏSİ V (YENİ GÜNƏŞLİ QƏS.) ev.6 m.28. olan MMC-nin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçi: Mürşüdov Fədakar Müqəddəs oğludur.

Maraqlıdır ki, Qax Rayon İcra Hakimiyyətinin dövlətin pulunu etibar etdiyi şirkətin heç bir əlaqə vasitəsinə və fəaliyyət göstərdiyi ünvana rast olmaq mümkün deyil(?)  



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam