Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ağdam xəstəxanasının direktoru dostunun şirkətlərinə tender verir? -DE-FAKTO

bitmap-img6

  Ağdam Rayon Mərkəzi Xəstəxanası sifarişçi olduğu yeni satınalmaya yekun vurub.
Yenixeber.org: Ağdam Rayon Mərkəzi Xəstəxanasının tenderlərdə qalib elan etdiyi şirkətlər bu müəssisənin direktoru Rövşən Əhmədovun həmyerlisi və dostu olduğu iddia edilir. 
Ağdam Rayon Mərkəzi Xəstəxanasının bu ilin noyabr ayının 5-də "Nəqliyyat vasitələrinin ehtiyyat hissələrinin satınalınması" lotu üzrə tenderə yekun vurub. 
Bu tenderin smetası 31.515 manat, qalibi isə "Gülay 2012" şirkəti olub.
Ağdam Rayon Mərkəzi Xəstəxanası "Nəqliyyat vasitələrinin ehtiyyat hissələrinin satın alınması" lotu üzrə 3 ay əvvəl - avqust ayının 17-də də bir tender keçirib. Bu tenderin məbləği isə 29.568 manat olub. Bu tenderdə də qalib "Gülay 2012" şirkəti olub.
Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru Rövşən Əhmədovun dostu ilə olan işbirliyi bununla yekunlaşmayıb. Belə ki, Mərkəzi Xəstəxana elə həmin gün, yəni, 2022-ci ilin avqust ayının 17-də "Nəqliyyat vasitələrinin əsaslı təmir işlərinin satınalınması" adlı daha bir tender keçirib. Bu tenderdə isə "Hikmət" şirkəti qalib olub.
Hər iki şəxsin eyni adama məxsus olduğu deyilir.
Əslən Ağcabədi rayonundan olan şirkətin sahibinin Ağdam Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsinin direktoru Rövşən Əhmədovla həmyerli və dost olduğu, buna görə də şirkətlərin tenderdə qalib olunduğu iddia edilir.(azfakt.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam