Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Padar–Çöl Göylər dəmiryol xətti:Yenisi tikilmədən köhnəsi satılıb?

 





Milli Məclisin deputatı Cavid Qurbanov Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən getməsi ilə özü ilə bir çox sirləri də apardı. Bu müəmmalardan biri barədə söz açmaq istəyirik.
Yenixeber.org: Əvvəlcə o qədər də uzaq olmayan tarixə nəzər salaq: 02 oktyabr 2017-ci il. Şamaxı–Çöl Göylər–Padar avtomobil yolunun açılışında Prezident İlham Əliyev də iştirak edir. Yerli əhali dövlətimizin başçısı ilə görüş zamanı Şirvan iqtisadi rayonunda kənd təsərrüfatının inkişafı üçün əhəmiyyət kəsb edən, ötən əsrin 70-ci illərində salınmış Padar–Çöl Göylər dəmiryol xəttinin bərpasını da xahiş etmişlər.
Prezidentin tapşırığından 5 ilə yaxın vaxt keçməsinə vaxmayaraq, dəmiryol xəttinin bərpası ilə bağlı heç bir iş görülməmişdir. Bu azmış kimi,Mediatv.az-ın redaksiyasına daxil olmuş məlumata görə bərpasına ehtiyac olan həmin xəttə aid təxminən 43 km-ə yaxın dəmiryol relsləri və şpalları sökülmüş və 1200 tona yaxın dəmir materialı mədaxil edilmədən metal qəbulu məntəqələrinə qanunsuz olaraq satılmışdır.
Saytımız adından məsələ ilə əlaqədar Azərbaycan Dəmir Yolları QSC-nin sədrinin 1-ci müavini cənab Əlirza Süleymanova 20 iyun 2022-ci il tarixli, 10/229 nömrəli məktub ünvanlayaraq, araşdırma aparmaq istədiyimizi bildirdik və bu yöndə fəaliyyətimizə şərait yaradılmasını, zəruri məlumatların verilməsini xahiş etdik. Lakin QSC rəhbərliyi “İnformasiya əldə etmək haqqında” və “Media haqqında” Azərbvaycan Respublikası qanunlarına məhəl qoymayaraq ay yarımdır ki, müraciətimizə cavab vermir. Halbuki, araşdırdığımız məsələdə söhbət sözün hərfi və həqiqi mənasında cinayət işindən, külli miqdarda dövlət əmlakının oğurlanaraq mənimsənilməsindən gedir. Hətta, dəmiryol xəttinin bərpası təyinatı ilə vəsait ayrılmamışsa belə, mövcud köhnə xəttin sökülərək satılmasına da icazə verilməyib.        
Araşdırmalarımız davam edir. (Mediatv.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam