Binəqədi rayon bələdiyyələrində bir sıra islahatlar aparılmışdır
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 32–ci maddəsinə əsasən Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir .
"Xeberinfo.com": Həmçinin Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 8-ci hissəsinə əsasən Yerli vergilər (bələdiyyə vergiləri)—Azərbaycan Respublikasının Vergi Məcəlləsi və «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən və bələdiyyələrə ödənilən vergilərdir.
01.01.2015-ci il tarixdən etibarən bələdiyyələrəin maliyyə mənbələrinin formalaşması, o cümlədən yerli vergilərin yığımında işlək mexanizmin formalaşması məqsədilə bələdiyyələrdə bir sıra islahatlar aparılmışdır.
Belə ki,
1 Bələdiyyə vergi informasiya sisteminin ( BVİS) yaradılması- “ Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan respublikası Prezidentinin 4 aprel 2002-ci il 683 nömrəli Fərmanına əsasən – Bələdiyyələrə yerli vergilərin və ödənişlərin düzgün hesablanmasında tam və vaxtında ödənilməsində , habelə vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsində metodik rəhbərliyi Azərbaycan Respublikası Vergilər Nazirliyi həyata keçirir. 2014-cü ilin aprel ayında Vergilər Nazirliyinin sifarişi əsasında Bələdiyyə vergi informasiya sistemi (BVİS) yaradılmışdır və may ayından etibarən pilot layihə kimi Binəqədi rayonunda tətbiq edilməsinə başlanmışdır.
2 Sahə mufəttişliyi yaradılmışdır- Bələdiyyə vergi müfəttişləri arasında ərazi təhkimçiliyi aparılmış və hər bir zona üzrə dislokasiya müəyyən edilmişdir. Bu vergilərin yığımında xaotik proseslərin qarşısının alınmasına və hesabatlılığın artırılmasına xidmət edir.
3 pasportlaşmanın aparılması- Müəyyən edilmiş dislokasiya üzrə mövcud ev təsərrüfatları, torpaq sahələri, təsərrüfat subyektlərinin qeydiyyatı aparılır. Bu isə öz növbəsində vergitutma bazasının formalaşmasında və yekun nəticıdə vergilərin yığımında şəfafflığın təmin edilməsində əvəzsiz rol oynayır.
4 Bələdiyyə üzvlərinin iştirakı ilə kollegial qaydada iclas keçirilərək aylıq vergilərin yığımı proqnozlaşdırılır.
Qısa bir zaman kəsiyində Pasportlaşmanın elektron versiyaya keçirilməsi, tədiyyə bildirişlərinin sistem tərəfindən avtomatik olaraq hesablanması, ödəyici üçün sistemdə elektron şəxsi hesab vərəqəsinin açılması və s. nailiyyətlər əldə edilmişdir.
Daxilolmaların BVİS-ə elektron şəxsi hesab vərəqəsinə işlənməsi ödəyici ilə aparılan bütün maliyyə proseslərinə nəzarət etməyə imkan yaradır.
Məlumat üçün bildirim ki, aparılmış pasportlaşmanın (qeydiyyat) artıq 68%-i BVİS-nin elektron bazasına daxil edilmişdir və bu proses davam edir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 2 dəfə daha çöx vergi yığımı həyata keçirilmişdir.
Qısa bir zamanda ötən illərdən qalan debitor borclarının inventarizasiyası aparılmışıdr və artıq 6 ayın yekununa əsasən debitor borclardan təqribən 15%-ə yaxın yığım həyata keçirilmişdir.
Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidentinin 11 avqust 2014-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar Milli Məclisin qərarına əsasən “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilmişdir. Artıq 1 yanvar 2015-ci il tarixdən etibarən Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.
Bununla əlaqədar olaraq artıq vaxt itkisinə yol verilməməsi və vətəndaşların məmnunluğunun artırılması məqsədilə yaxın zamanda bələdiyyə vergilərinin elektron qaydada ödənilməsi məqsədi ilə pilot layihə yekunlaşmaq üzrədir və ictimayətə təqdim edildikdən sonra tətbiqinə başlanacaqdır. Hal-hazırda bələdiyyələrin müvafiq bankda hesablaşma-hesabı açmaqla internet onlayn ödəmə portalı ilə inteqrasiya qurulur və yekun nəticədə ödəyici hec bir yerə getmədən evində internet vasitəsilə ödənişlərini həyata keçirə biləcək.
Eyni zamanda qeyd edilən proqram və texniki vasitəsi ilə yerli vergi ödəyicilərin bələdiyyə üçotunun alınması yerində mümkün olacaq və vergi ödəyiciləri həmin proqram vasitəsi ilə yerli büdcə ilə şəxsi hesab vərəqəsinə baxa biləcəklər.
Bundan əlavə rayon ərazisində yerləşən poçt filiallarında da həmçinin bələdiyyələrin müvafiq hesablaşma hesabları açılmışdır ki, vətəndaşlar bu poçt filiallarında yerli vergilərin ödənişlərini həyata keçirə bilərlər.