Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Korrupsiyaya qarşı nəzərdə tutulmuş işlərin 76 faizi həyata keçirilib”

 

Bu il üzrə “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş işlərin 76 faizi həyata keçirilib.

 

"Xeberinfo.com":   Məlumata görə, bunu Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov 2015-ci ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, aparılan monitorinqlər dövlət orqanlarının saytlarının 90 faizinin təkmilləşdirildiyini göstərir. O, qeyd edib ki, bu gün hələ də vətəndaşların əhəmiyyətli qisminin arayışları dövlət orqanlarından aldığı müşayidə olunur: “Ancaq bu arayışların çoxu elektron hökumət portalından əldə edilə bilər”. 

V. Hüseynov bu il Fəaliyyət Planında nəzərdə tutulan işlərdən də danışıb: “Məsələn, “İctimai iştirakçılıq haqqında” qanunun tətbiqi ilə bağlı dövlət orqanlarının bir qismində ictimai şuraların yaradılması gecikir. İkinci, dövlət orqanlarının fəaliyyəti ilə bağlı hesabatların illik məruzə şəklində internet saytlarında yerləşdirilməsi ilə bağlı işlər də qismən həyata keçirilib. Eyni zamanda bəzi qanunların qəbulu gecikir.

Bunlardan biri “Korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin müdafiəsi haqqında” qanun layihəsidir. Bu qanun layihəsi QHT-in də daxil olduğu İşçi Qrupu tərəfindən hazırlanıb, Nazirlər Kabinetinə təqdim edilib. Ümumilikdə, Fəaliyyət Planında nəzərdə tutulan işlərin indiyə qədər 76 faizinin icra olunması yüksək göstəricidir. Bu il Fəaliyyət Planının icraçı ilə bağlı son ildir və ilin sonunda nəticələr elan ediləcək. Bu nəticələr Komissiyanın saytında yerləşdiriləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam