Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məmurların gəlir deklorasiyası ilə bağlı təklif

 

Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının monitorinqi nəticələri açıqlanıb

 

"Xeberinfo.com":  Məlumata görə, bu gün Koorupsiyaya qarşı mübarizəyə dair 2012-2015-cil illər üçün Milli Fəaliyyət Planının monitorinqi əsasında hazırlanan hesabatın təqdimatı keçirilib.
Korrupsiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Azərbaycanda ilk dəfə olaraq Milli Fəaliyyət Planının tam monitorinqi keçirilib. 
Ə.Nuriyev qeyd edib ki, MFP hesabatları hazırlanandan sonra mərkəzi icra orqanları ilə ayrı-ayrı müzakirələr aparılıb: 
“Monitorinqin nəticəsi göstərir ki, MFP-da nəzərdə tutulan tədbirlərin 2 il 4 ay ərzində orta icra göstəricisi 71.47 faiz olub. 2012-2013-cü illərin sentyabr aylarını əhatə edən dövr üçün bu göstərici 34 faiz olub. Bu monitorinqlər beynəlxalq ekspertlərin metodologiyası əsasında aparılıb” 
Ə.Nuriyev qeyd edib ki, bu layihə növbəti ildə də davam edəcək. Layihənin koordinatoru Zaur İbrahimov monitorinqin nəticələrini açıqlayıb. O bildirib ki, MFP dövlət qurumları, komitələr, bələdiyyələr və dövlətə məxsus şirkətlər tərəfindən icrası nəzərdə tutulan 125 bənddə əks olunan tədbirlərdən ibarətdir: “Ümumilikdə, MFP təsdiq olunduqdan sonra 91 tədbirin icrasının 2014-cü ildə başa çatması nəzərdə tutulub. Monitorinqin nəticələri göstərib ki, 2014-cü ildə başa çatması nəzərdə tutulan tədbirlər də daxil olmaqla 53 tədbirin 100 faiz icra edildiyini söyləmək olar. 30 tədbir 50 faizdən çox həyata keçirilib. 19 tədbir isə 50 faizi icra olunub, 11 bənd üzrə icra göstəricisi 30 faizdən aşağıdır. MFP-da nəzərdə tutulan korrupsiyaya qarşı mübarizədə preventiv tədbirlər və korrupsiya risklərinin azalmasına yönəlik bir sıra tədbirlərin icrasının ləngiməsi də nəzərə çarpır. İlk növbədə lisenziya və icazələrin verilməsinin sadələşdirilməsi, vergi bəyamnamələrinin təqdim edilməsinin dövriliyinin azaldılması, səhiyyə sistemində icbari tibbi sığorta sisteminə keçid, daşınmaz əmlak alqı-satqısı üzrə üzrə vasitətəçilik xidmətləri göstərən fiziki və hüququ şəxslərin fəaliyyət sahəsini tənzimləyən normativ hüquqi aktların qəbulunda ləngimələr qeyd edilməlidir”. 
Z.İbrahimli deyib ki, qanunvericiliyin, ümumilikdə normativ bazanın, elektron xidmətlərin təşkili, dövlət qulluğuna dair qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi, daşınmaz əmlakın dövlət reystrinin aparılması, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərin, yenliklərin tətbiqi, əhalinin sosial müdafiəsi, ünvanlı sosial yardımların, əlillik dərəcəsinin verilməsində yeni mexanizmlərin tətbiqi ilə bağlı tədbirlərin hazırlanması sahəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsinə yönəlik tədbirlərin həyata keçirilməsi pozitiv tendensiyalar kimi qeyd oluna bilər”.
Daha sonra Ə.Nuriyev çıxış edərək qeyd edib ki, məmurların gəlir deklorasiyası ilə bağlı Nazirlər Kabinetinə təkliflər verilib. 
“Həmin layihədə tək məmurların gəlir deklorasiyası yox, həm də qanunda dəyişiklik olacaq”-deyə Əliməmməd Nuriyev bildirib.(azvision.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam