Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rayon maşınlarının paytaxta girişi məhdudlaşdırılır

 

Sürücülər və sərnişinlər avtobuslarla ən yaxın metro stansiyasına çatdırılacaq.
"Xeberinfo.com":   Bölgə qeydiyyatı olan yük və minik avtomobillərinin paytaxta girişi məhdudlaşdırılır. Anspress-in məlumatına görə, maksimum kütləsi 5 tondan artıq yük avtomobillərinin, ayrı-ayrı regionlarda qeydiyyatda olan minik avtomobillərinin saat 7-dən 22-dək paytaxta girişinə müəyyən məhdudiyyətlər qoyulacaq. Bu xüsusi icazəsi olan avtomobillərə və maksimum kutləsi beş tondan aşağı paytaxt qeydiyyatı olan yük avtomobillərinə şamil olunmur.
Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə minik və ya yük təyinatlı olmasından asılı olmayaraq, sürücülər məhdudiyyətlər tətbiq ediləcək avtomobillərini paytaxtın giriş hissələrində təşkil edilmiş dayanacaqlarda saxlayacaqlar.
Bu dayanacaqlar şəhərin giriş hissələrində yaradılır. Həmin dayanacaqlar hər bir lazımi şəraitlə təchiz olunacaq və ödənişsiz olacaq. Elə həmin dayanacaqlarda sürücülərin və sərnişinlərin avtobuslarla ən yaxın metro stansiyasına çatdırılması həyata keçiriləcək.
Onu da vurğulayaq ki, tədbirlər planına əsasən, paytaxt küçələrində avtomobillərin park edilməsi, ictimai nəqliyyatın və taksi fəaliyyətinin təkmilləşdirilməsi, xüsusi dayanacaqların, yerüstü piyada keçidlərinin yaradılması həyata keçiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl paytaxta yükmaşınlarının vərayon qeydiyyatı olanmaşınların girişinə məhdudiyyət qoyulmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam