Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Rasim Musabəyov yaramazlığın təcəssümüdür”

 

“Xalq Cəbhəsinin hakimiyyəti dövründə məni həbs edən kimi,- təbii ki, birinci KQB sədrindən başlamışdılar,- iclas zalına aparılanda yolda Rasim Musabəyovla qarşılaşdım. O, özünü bir az itirdi. Onun işlərini soruşdum, çoxdan görmədiyimi dedim.

Mənim keçmiş komsomol yoldaşım birdən gözləmədiyim halda ucadan belə dedi: “Vaqif Əliyeviç, axı biz heç vaxt yaxın olmamışıq””.

"Xeberinfo.com":   Məlumata görə, bunu virtualaz.org saytına açıqlamasında Azərbaycan SSR KQB-sinin keçmiş sədri Vaqif Hüseynov deyib. O, bunları deputat Rasim Musabəyovun Azərbaycanın yeni tarixindəki xəyanətkar roluna münasibət bildirərkən söyləyib.

“Əslində bu, heç fərli-başlı, tutarlı zərbə də deyildi. Bu, olsa-olsa tamaşaçıların gözü önündə yalandan əl-qol atmaq kimi bir şey idi. Bu da onun “sağ ol”u.

Musabəyov o zaman diqqətimi cəlb etmişdi. Düşüncəli bir gənc kimi onu Neft-Kimya İnstitutunun komsomol təşkilatından respublika komsomol təşkilatının Mərkəzi Komitəsinə işə gətirdim. Sonra isə Moskvada işləyəndə onun ÜİLKG Mərkəzi Komitəsində işə düzəlməsinə nail oldum. Bu isə o qədər də asan iş deyildi. Musabəyov Bakı Şəhər Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə keçəndə də ona yardım etdim, haqqında müsbət xasiyyətnamə verdik. Aydın məsələdir, biz o qədər də yaxın deyildik. Bizim aramızda tutduğumuz vəzifələrin səviyyəsinə, yaşımıza görə ciddi fərqlər var idi. Mən ondan təşəkkür də gözləmirdim. Rəhbərlər, rəislər dəyişəndə bizim nomenklatura üzvlərinin özlərini necə apardığını dəfələrlə müşahidə etmişəm.

Yəni həmin məqamda da mən dərindən nəfəs alıb tribunaya tərəf getdim. Yeri gəlmişkən, o zamanlar bizim düşdüyümüz vəziyyət batan gəminin vəziyyətini xatırladırdı. Hamıdan əvvəl panikaya düşən kapitan batan gəmidən qaçır. Heyət üzvləri isə sərnişinləri unudaraq göyərtədə ora-bura qaçışır, yalnız özlərini xilas etmək barədə düşünürlər. Mən hələ belə vəziyyətdə xilasetmə kəmərini uşağın əlindən qapıb alan yaşlı və güclü kişinin daxilindəki bu cür yaramazlıq mücəssəməsi görməmişdim” - deyə V.Hüseynov R.Musabəyovu xarakterizə edərkən bildirdi.

Rasim Musabəyov

V.Hüseynov R.Musabəyovun “Mən Ayaz Mütəllibovun prezidentliyi dövründə Prezident Aparatında çalışsam da bütün bu müddət ərzində faktiki olaraq xalq hərəkatına, Tamerlan Qarayevə işləmişəm. Bizi bir-birimizlə dostluq və qohumluq əlaqələri birləşdirir” etirafına da münasibət bildirdi: “Rasim Musabəyovun həmin günlərdə səsləndirdiyi bu etirafını mən öz gündəliyimə qeyd etmişəm ki, 1992-ci ilin mayında baş vermiş dövlət çevrilişindən sonra Azərbaycanda mövcud olan mühitin siyasi-psixoloji özünəməxsusluğunu qoruyub saxlamaq mümkün olsun. Həmin ağır günlərdə özümdən asılı olmayaraq düşünürdüm ki, hər halda Ayaz Mütəllibovun bəxti gətirdi, ölkədən getdi. Yoxsa məhkəmə prosesində öz keçmiş müşavirləri onun üzünə duracaqdılar, Ayaz Niyazoviç də onların şahid ifadələrin dinləmək əzabına qatlaşacaqdı...”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam