Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rasim Musabəyov küçə xuliqanı səviyyəsinə enib”

 

“Siyasətlə məşğul olan adam siyasi mübahisələri küçə xuliqanlığı səviyyəsinə endirməməlidir”

"Xeberinfo.com":  Məlumata görə, bunu deputat Rasim Musabəyovun jurnalist Eynulla Fətullayevi hədələməsini və onun ünvanına səviyyəsiz ifadələrlə təhqirlər yağdırmasını virtualaz.org saytına şərh edən sabiq prezident Ayaz Mütəllibov deyib.
A.Mütəllibov bildirib ki, o, bu cür cılız təhqirlər səviyyəsinə enməyi R.Musabəyova yaraşdırmır: “Bəli, əgər sən siyasətçisənsə, tənqidlərə dözümlü olmalısan, emosiyalarını cilovlamağı bacarmalısan. Prezidentliyim dövründə Musabəyov mənim administrasiyamda işləyirdi. Onunla şəxsən tanış deyildim, amma bilirdim ki, hansısa analitik məqalələr yazır, politologiya ilə məşğul olur. Ona görə də ona bir az da yetişməyi, müdrikləşməyi və danışığına fikir verməyi məsləhət görərdim”.
Yada salaq ki, deputat R.Musabəyov “Monitor” jurnalının baş redaktoru, öz evinin qarşısında güllələnərək qətlə yetirilən Elmar Hüseynov kimi jurnalist Eynulla Fətullayevə də divan tutmağa çağırışla çıxış edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam