Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bayrağımızı Şuşada, Xankəndində dalğalandıracaqsınız”

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

"Xeberinfo.com":  Müdafiə Nazirliyindən verilən məlumata görə, təbrik məktubunda deyilir:
“Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi Novruz bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.
Bu gün xalqımız uzun illərdən bəri qoruyub saxladığı adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin təntənəsi olan Novruz bayramını – dövlət bayramı səviyyəsində qeyd edərək öz qədim tarixə malik keçmişinə hörmət və ehtiramını bildiririr.
Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan daxili və xarici siyasət nəticəsində ölkə iqtisadiyyatının fasiləsiz inkişafı təmin edilmiş, dövlətçilik ənənələrimiz möhkəmlənmiş, vətəndaşlarımızın maddi rifahı yaxşılaşıb. Respublikamızda ordu quruculuğu, gənclərin vətənpərvər ruhda, ölkəmizə və dövlətimizə sədaqətli, cəmiyyətə yararlı vətəndaş kimi formalaşması və inkişaf etməsi, qoşunların müasir silah və texnika ilə təmin olunması, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır və Azərbaycan Ordusunun döyüş qabiliyyəti gündən-günə artır.
İnanıram ki, Siz Azərbaycan Respublikasını Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və ictimai-siyasi hazırlıqda yeni uğurlar əldə edərək Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə üçrəngli dövlət bayrağımızı Şuşada, Xankəndində və işğal altında olan digər əzəli yurdumuzda dalğalandıracaqsınız.
Hər birinizə, eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə bayram təbriklərimi çatdıraraq, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam