Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ölkəmizdə bələdiyyə qulluqçuları nəzarət altına alınacaq

 

Azərbaycanda bələdiyyə qulluqçularının etik davranışları qanunla tənzimlənəcək

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Milli Məclisin Regional Məsələlər Komitəsində müzakirəyə çıxarılan “Bələdiyyə qulluqçularının etik davranışı qaydaları haqqında” qanun layihəsində qeyd olunur.
Qanunda bildirilir ki, bələdiyyə qulluqçusunun xidməti davranışı bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.
Qanunun 5.2 bəndinə əsasən, bələdiyyə qulluqçusu bələdiyyə qulluğu ilə bağlı vəzifələrin icrasına uyğun olmayan və onun adına xələl gətirə biləcək, habelə yerli özünüidarə orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
Həmçinin bələdiyyə qulluqçusunun insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar və hərəkətlər etməsi qanunla qadağan edilir.
Üç fəsil və 20 maddədən ibarət olan yeni qanunda bələdiyyə qulluqçularının xidməti davranış qaydaları, etik kodeksləri və intizam məsuliyyətləri göstərilib. Qanunda, həmçinin bələdiyyə qulluqçularının etik davranış qaydalarına nəzarət qaydaları da əks olunub. Sənəd özündə ehtiva edilənlərin pozulmasına görə məsuliyyəti də nəzərdə tutur.
Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunub.
"Trend"

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam