Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa Birliyi Belarus seçkilərinin nəticələrini qəbul etmədi

 

 Təşkilatı fövqəladə toplantıya çağıran Polşa Belarus hökumətinə qarşı yeni sanksiyaların tətbiqini mümkün sayır

Yenixeber.org: Avropa Birliyi Belarusda baş verən hadisələrə rəsmi münasibətini açıqlayıb.

AB-nin xarici işlər və təhlükəsizlk üzrə ali nümayəndəsi Jozep Borrel və genişlənmə üzrə komissar Oliver Vargei tərəfindən verilən birgə açıqlamada bildirilir ki, dinc nümayişçilərə qarşı qeyri-proporsional və qəbuledilməz zorakılığın tətbiq olunması seçki gecəsinə ləkə salıb. Onlar həbs olunanların dərhal azadlığa buraxılmasına çağırıblar. “Çox vacibdir ki, səslər diqqətlə sayılsın və nəticələr xalqın seçimini əks etdirsin. Biz Belarusdakı situasiyanı izləməyə davam edəcəyik və bu ölkə ilə münasibətlərimizi bundan asılı olaraq quracağıq”, – deyə Borrel bildirib.

Avropa Komissiyasının sədri Ursula fon der Lyaen də Belarus rəhbərliyini səsləri düzgün saymağa çağırıb. O, minlərlə insanın saxlanıldığnıı vurğulayaraq bu cür repressiyalara Avropada yer olmadığını bəyan edib.

Almaniya hökumətindən də reaksiya gəlib. “Aydındır ki, Belarusdakı prezident seçkiləri demokratik seçkilərə dair minimal standartlara cavab verməyib. Bu, yolverilməzdir”, – deyə Almaniya hökumətinin rəsmi sözçüsü Şteffen Saybert söyləyib. O, nümayişçilərə qarşı güc tətbiqini pisləyib.

Polşa xarici işlər naziri Yatsek Çaputoviç isə AB-nin Belarusa qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, hər şey vəziyyətin inkişafından və hakimiyyətin davranışlarından asılı olacaq.

Polşa hökuməti Belarusdakı hadisələrlə bağlı Avropa Birliyi liderlərinin zirvə toplantısının keçirilməsi təklifi ilə çıxış edib. Baş nazir Tadeuş Moravetski AB Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyaenə məktub göndərib. O, AB-nin növbədənkənar sammitinin çağırılmasını istəyib: “Belarusdakı prezident seçkilərindən sonra hakimiyyət ölkədə dəyişiklik tələb edən vətəndaşlarına güc tətbiq edib. Biz həmrəy olmalı və azadlığa can atan Belarus xalqını dəstəkləməliyik”.

Litva XİN də rəsmi açıqlama yayaraq Belarusdakı seçkilərin ölkənin beynəlxalq öhdəliklərinə, demokratik standartlara uyğun gəlmədiyini, azad və ədalətli olmadığını vurğulayıb.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam