Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyan ordudakı itkiləri açıqlamaqdan niyə qorxur? -RƏY

Paşinyan ordudakı itkiləri açıqlamaqdan niyə qorxur? -  RƏY
"Ermənistanın siyasi rəhbərliyi hesab edirdi ki, sərhəd xəttində provakasiya etməklə Azərbaycanı təxribata çəkəcək və üzvü olduğu hərbi blokda Azərbaycanın qınanmasına səbəb olacaq. Yaxud da düşünürdülər ki, Azərbaycan sərhəd xətti olduğu üçün geniş hərbi əməliyyatlar keçirməyəcək".
Yenixeber.org: Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, əksinə olaraq Azərbaycan Ermənistanın layiqincə cavabını verdi və düşmənin təxribat cəhdinin qarşısını aldı.

"Düşmən tərəfi döyüşlərdə çox sayda texnika, döyüş sursatlarını və hərbi qulluqçularını itirdi. Bu gün Paşinyan hakimiyyəti Ermənistan cəmiyyəti qarşısında onsuz da qınanan və nüfuzdan düşən iqtidardır. Belə vəziyyətdə ölən əsgərlərə görə cavab verməyə onlarda nə güc, nə də bacarıq var. Hesab edirəm ki, ictimai qınaq və ən əsası Ermənistan cəmiyyətinin küçəyə çıxaraq bu dəfə Paşinyanın özünü hakimiyyətdən qovması onları qorxudur və bu səbəbdən çoxsaylı itkiləri gizlətməyə çalışırlar".



Deputat bildirib ki, Ermənistan tərəfi itkilərini gizlətməyə çalışsa da, alınmayacaq: "Artıq çıxılmaz vəziyyətdə qalaraq etiraf etməyə başlayıblar ki, guya onlardan 4 nəfər ölüb, 36 nəfər isə yaralanıb. Digər itkiləri isə açıqlamağa qorxurlar. Nə qədər ki, Ermənistan qonşu dövlətlərə, ilk növbədə Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmayacaq, onun problemləri artacaq. İşğalçı ölkə hər zaman Azərbaycan tərəfdən təzyiqlərə məruz qalacaq, ağır zərbələr alacaq".

 
Xatırladaq ki, Azərbaycanla sərhəddə, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Emənistan tərəfinin çoxsaylı itkiləri olsa da, düşmən faktları gizlətməyə çalışır. İndiyədək guya 4 hərbçisinin öldüyünü açıqlayıb.

Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı son məlumata əsasən, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam