Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

TÜRKİYƏ HƏRBİ DRONLARI RUSİYAYA QARŞI...- Bu dəfə Ukraynada + VİDEO

Ukrayna Türkiyədən aldığı hərbi dronların sınaqlarını keçirib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Yenixeber.org: Məlumatda deyilir ki, Ukraynanın Rovno vilayətində keçirilən sınaqlar uğurla başa çatıb. Qeyd olunur ki, Türkiyənin “Bayraktar TB2” hücum dronları Ukrayna ordusu üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki bu dronlar özünü xüsusilə Rusiya istehsalı olan “Pantsir-C1” zenit-raket sistemlərinin qənimi kimi göstərib.

Cari ilin may ayında Liviyada Türkiyə istehsallı bu hücum dronları Rusiya istehsalı olan 9 “Pantsir-C1” zenit-rake sistetmlərini havaya uçurub. Həmin vaxt hərbi ekspertlər bunu türk hərbi texnikasının rus raket sistemi qarşısındakı ciddi üstünlüyü kimi dəyərləndirilmişdilər.

Rusiya mətbuatı isə may ayında türk dronları vasitəsilə “Pantsir-C1” raket sistemlərinə edilən hücumu rus hərbi texnikası üçün “soyqırım” adlandırmışdı. Qeyd edək ki, Türkiyə anti-terror əməliyyatları çərçivəsində Suriyada da dron hücumlarından müvəffəqiyyətlə faydalanıb. Liviyada Rusiya və Fransanın dəstəklədiyi Haftarın qoşunlarının məğlubiyyətində isə Türkiyə hərbi dronları həlledici rol oynamışdı.

Rusiya mətbuatı yazır ki, Ukrayna ilə Rusiya arasındakı qarşıdurma və indiyədək Türk hərbi dronlarının Suriya və Liviyada ümumilikdə 23 ədəd “Pantsir-C1” zenit-raket sistetmini məhv etməsi nəzərə alındıqda, rəsmi Kiyevin məhz “Bayraktar TB2”-ni seçməsi trəsadüfi deyil. Məlumatda deyilir ki, bu dronlar 8 kilometr məsafədən istənilən hədəfi 1 metrədək dəqiqliklə məhv etmək qabiliyyətinə malikdir.

Qeyd olunur ki, cari ilin mart ayında Türkiyə hərbi dronlarının Ukraynada birgə istehsalına dair Ankara ilə Kiyev arasında razılıq əldə olunub. Həmin vaxta qədər isə artıq Ukrayna Türkiyədən altı ədəd “Bayraktar TB-2” alıb ki, onların da sınaqları artıq bu günlərdə həyata keçirilib.

https://www.facebook.com/DefenseExpress/videos/593...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam