Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyanın tərəfdarları konstitusiya çevrilişinə hazırlaşır

 

 Baş nazir Nikol Paşinyanın "Mənim addımım" parlament fraksiyasının 88 deputatı Ermənistan Cinayət Məcəlləsinin 300-cü (hakimiyyətin ələ keçirilməsi) və 300.1-ci (konstitusiya quruluşunun devrilməsi) maddələri ilə cinayətlər törətməklə konstitusiya çevrilişi edəcəklər.
Yenixeber.org: Bu barədə “168.am” nəşri yazıb.

Məqalədə deyilir ki, parlamentin deputatları konstitusiyanı kobud şəkildə pozaraq və Konstitusiya Məhkəməsinin razılığı olmadan bu məhkəmənin hakimlərinin səlahiyyətlərinə xitam verən konstitusiyaya dəyişiklik layihəsini ikinci oxunuşda qəbul edəcəklər.

Xatırladaq ki, bu layihə ötən cümə Venesiya Komissiyası tərəfindən də sərt tənqid olunub.

Qəzetin yazdığına görə, "Mənim addımım" fraksiyası artıq Ermənistan prezidenti Armen Sarkisyanla razılığa gəlib.

Razılaşmaya əsasən, Armen Sarkisyan qeyd olunan prosesin konstitusiyaya uyğunluğuna dair mübahisə etməyəcək, lakin müvafiq layihəni imzalamayacaq. Müvafiq düzəlişləri parlamentin sədri Ararat Mirzoyan imzalayacaq.

Xatırladaq ki, Paşinyan bir müddətdir Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmarsyanın və üzvlərin vəzifədən getmələrinə çalışır. O, bu ilin aprelində referendum keçirmək istəsə də, sonradan məğlub olacağını dərk edərək, pandemiya bəhanəsi ilə geriyə addım atrdı.

Paşinyan ali məhkəmə orqanlarında əksəriyyətin keçmış rejimlə bağlı kadrlardan ibarət olduğunu deyərək, onlardan yaxa qurtarmaq istəyir və qeyri-qanuni yollara əl atır.

Daha əvvəl isə Hrayr Tovmasyan və Konstitusiya Məhkəməsinin 7 üzvü könüllü istefa verəcəkləri təqdirdə, maaşlarını ömürlük pensiya şəklində almaq təklifindən imtina ediblər.

Hrayr Tovmasyan Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə Serj Sarkisyanın baş nazirliyi zamanı seçilib və 2035-ci ilədək vəzifədə qalmalıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam